O, gələndə özü ilə sənə bir şey gətirirmi? Cavan deyir: Bəli, o hər dəfə gələndə mənə hədiyyə gətirir.
Ayətullah əl-üzma Vəhid Xorasani deyir:
Nəcəfdə olduğum gənc yaşlarımda Hacı Şeyx Məhəmməd Lahicani bir əhvalat danışdı və dedi ki, mən bu əhvlat sahibini qoca yaşlarında görmüşdüm.
Şeyx Ənsarinin böyük ustad adlandırdığı “Cəvahir” kitabının müəllifi mərhum Kaşiful-Qita Şeyx Cəfər Lahicana gedir. Orada olduğu müddətdə onun yanına zəfilikdən bir dəri, bir sümük qalmış bir cavan oğlan gətirirlər. Cavanın atası deyir: Bu cavan dərdini bizə demir. Siz dinin ruhanisisiniz. Sizdən itaət edir və bəlkə sözünü sizə açdı. Şeyx təklikdə cavandan ona nə olmasını soruşdu. Cavan dedi:
Mən çox gözəl, rəşid və qüvvətli idim. Bir gün meşdə bir qızla rastlaşdım. Onun gözəllikdə tayı-bərabəri yox idi, nə də onun gözəlliyini vəsf etmək mümkün deyil. Qız mənə eşq elan etdi. Mən çarəsiz qalaraq onun istəyini qəbul etdim. Birdən ruh bədənindən çıxan adam kimi bir təhər oldum, halım dəyişdi və yerə yıxıldım. O, mənə dedi: Mən hər vaxt gəlsəm, sənin bu işdən boyun qaçırmağa ixtiyarın yoxdur. Beləliklə, o hər vaxt gələndə bir dağ kimi, qara, həyasız halda olurdu və addım-addım yaxınlaşdıqca kiçilirdi. Mənə çatdıqda isə bu şəkilə (gözəl qız şəklinə) düşürdü. Bu görüşlərdən mən bu vəziyyətə düşmüşəm.
Şeyx ondan soruşur: O, gələndə özü ilə sənə bir şey gətirirmi? Cavan deyir: Bəli, o hər dəfə gələndə mənə hədiyyə gətirir.
Şeyx bir kağız alıb onu iki hissəyə bölür və onun hər iki hissəsinə nəysə yazaraq cavana verib deyir: Bunu onun gətirdiyi hədiyyənin üzərinə qoy. Bunu da saxlayırsan, nə vaxt gəlsə onun qarşısına qoyursan.
Şeyx göstərişini verdikdən sonra oğlanı apardılar. Səhəri gün yenə Şeyxin yanına gətirdilər. Şeyx nə hadisə baş verməsi haqqında soruşdu. Cavan dedi: O yenə dediyim qayda ilə gəldi. Mənə çatanda vərəqi ona göstərdim. Vərəqi görən kimi dedi: Getdin, Şeyx Cəfər Kaşiful-Qitaya dedin? Dedim: Bəli.
O dərhal gətirdiyi hədiyyələrə tərəf getdi. Orada da vərəqi gördü. Sonra qayıdıb tüstü oldu və getdi.
Şeyx Cəfərin bu köməyindən sonra cavanın vəziyyəti yaxşılaşmağa başladı. Bu hadisə Lahicanda yayıldı və məclislərdə bunun söhbəti dillərə düşdü. Böyük alimlər Kaşiful-Qitadan nə etməsi barədə soruşdular? Şeyx dedi: Mən təkcə yazdım: “Bismillahir-rəhmanir-rəhim”.
Ayətullah əl-üzma Vəhid Xorasani buyurur: Şeyx Cəfər Kaşiful-Qita kimi birisinin yazdığı “Bismillah”ın gücü budur.
“Allah Ona iman gətirən və Ondan möhkəm yapışanları öz mərhəməti, lütfü altına alar”-ayəsinin mənası budur.
Yasin surəsinin təfsiri, 39-cu dərs.