Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

İnstaqram (Instagram) nədir?

İnstaqram foto və videofaylları pulsuz paylaşmaq imkanı yaradan sosial şəbəkədir. İstifadəçi istədiyi foto və videomaterialları İnstaqramda yayır, filtr işə salır, öz materiallarını öz servisi vasitəsilə başqa şəbəkələrdə paylaşır.
İnstoqram fotoları Kodak Instamatic-Polaroid kameraları kimi kvadrat şəklə salır. Instamatic və Polaroid, eləcə də bütün başqa orta formatlı kameralar 6x6 tənasübündədir. Mobil səhifələrdə isə 3:2 tənasübü gözlənilir. Şəbəkə iPhone, iPad və iPod Touch -da iOS 4.3-lə, eləcə də Android 2.2 və daha yuxarı OpenGL ES 2-yə malik qurğularda dəstəklənir. Şəbəkə App Store və Google Play vasitəsilə yayılır. 2013-cü ilin oktyabrında elan edildi ki, yaxın vaxtlarda İnstaqram Windows Phone-la işləyəcək. 21 noyabr, 2013-cü ildə İnstaqram Beta Windows Phone-də göründü.
2012-ci ilin aprel ayında Facebook İnstaqramı aldı. İnstaqrama 300 mln dollar ödəndi.
İnstaqram 15 fərqli filtrlə şəkilləri yayır.
İnstaqram San-Fransiskoda yaradılıb. Kevin Sistrom və Mayk Kriqer öz Burbn layihələrini mobil şəkillər üzərində tənzimlədilər. İnstaqram şəbəkəsi 2010-cu il, 6 oktyabrda Apple şirkətinin App Store mağazasında meydana çıxdı. Şəbəkə işə düşən kimi komandaya Şeyn Suini mühəndis qismində qoşuldu. 2011-ci ilin avqustunda Cessika Zollman yevangelist olaraq qrupa qatıldı. 2011-ci il, sentyabr ayında istifadəçi və şəkilləri asan tapmaq üçün xeşteqlər əlavə olundu. 2011-ci il sentyabr ayında 2.0 versiyası işə salındı. Canlı filtrlər, mailliyi ani dəyəşən filtrlər, böyük fotolar, bir kliklə çevrilmə və pəncərənin yenilənməsi işə düşdü.
2012-ci ilin aprel ayında Android üçün versiya işə düşdü. 9 aprel 2012-ci ildə Facebook elan etdi ki, İnstaqramın mobil şəbəkəsini 1 mlrd dollara alıb. 25 iyunda 2.5.0 versiyası yaradıldı. Nəticədə İnstaqramla Facebook arasında məsafələr azaldı.
2012-ci ilin avqust ayında İnstaqrama saniyədə 575 like (bəyəndim) mesajı və 81 şərh gəldi. 2013-ci ilin avqustunda istifadəçilər İnstaqramda ayda 257 dəqiqə keçirirdi.Bu isə Tvitterdən yarım saat çoxdur.
2012-ci ilin sonlarında İnstaqram istifadəçi şəkillərindən reklam üçün istifadə hüququ istədi. Bu istək İnstaqrama baha başa gəldi. Narazı istifadəçilərin 25 faizi İnstaqramı tərk etdi. İnstaqrama gün ərzində daxil olanların sayı 16 mln-dan 12 mln-a düşdü.
2013-cü ildə İnstaqram 15 saniyəlik videoların yerləşdirilməsinə imkan yaratdı.
2010-cu ilin dekabrında İnstaqramda 1 mln nəfər qeydiyyatdan keçmişdi. 2011-ci ilin iyununda bu rəqəm 5 dəfə artdı. 2012-ci ilin martında İnstaqramda 30 mln istifadəçi vardı. 2013-cü ilin fevral ayında 100 mln istifadəçi qeyduyyatda idi.
2011-ci ilin iyulunda 100 mln foto, 2013-cü ilin noyabrında 16 mlrd foto İnstaqramda yerləşdirilmişdi.
2 fevral 2011-ci ildə elan edildi ki, İnstaqrama 7 mln dollar investisiya cəlb olunub. İnvestorlar arasında Benchmark Capital, LOWERCASE Capital kimi qurumların təmsilçiləri var.
2011-ci ilin yanvar ayında İnstaqram mobil səhifələr arasında ikinci yeri turdu. (2010, TechCrunch Crunchies konkursunda)
2011-ci ilin may ayında Fast Company jurnalı Kevin Sistromu 100 ən kreativ adam arasında 66-cı yerə seçdi. 2011-ci ilin iyununda Inc jurnalı Sistrom və Kriqeri “30-a çatmamış 30 nəfər” nominasiyasına seçdi.
2011-ci ilin sentyabrında İnstaqram SF Weekly Web Awards konkursunun qalibi oldu.
2011-ci ilin dekabrında Apple İnstaqramı iPhone üçün ilin səhifəsi elan etdi.

Nur-az.com


9515 بازدید
در حال ارسال اطلاعات...