Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2016

25 yaşlı gənc ikən...

Zilqədə ayının sonu - İmam Cavadın (ə) şəhadəti
Digər məsum imamlar kimi İmam Məhəmməd Təqi - Cavad (ə) da bizə örnək və nümunədir. Allahın bu saleh bəndəsinin qısa həyatı küfr və azğınlığa qarşı cihadda keçdi. Yeniyetmə çağında İslam ümmətinin rəhbəri təyin olundu, qısa ömründə Allah düşmənləri ilə cihad etdi və hələ 25 yaşlı gənc ikən ona dözə bilməyib zəhərlə şəhid etdilər. Bizim digər imamlarımızın hər birinin öz mübarizələri ilə şərəfli İslam tarixinə bir səhifə əlavə etdikləri kimi, bu böyük imam da İslamın hərtərəfli mübarizəsinin mühüm bir hissəsini əməlində göstərdi və bizə böyük dərs verdi. O böyük dərs budur ki, münafiq və riyakar qüvvələrlə mübarizə aparmaq üçün xalqın sayıqlığını təmin etməliyik. Düşmən açıq düşmənlik etsə və riyakarlıq etməsə, ona qarşı mübarizə aparmaq asan olar. Lakin Məmun Abbasi kimi müqəddəslik və islamçılıq donu geyinsə, xalqın onu tanıması çətinləşər. Bizim çağımızda və tarixin bütün çağlarında hakim qüvvələr xalqla üz-üzə mübarizədə aciz qaldıqda həmişə riyakarlıqdan istifadə etməyə çalışmışlar. İmam Əli ibn Musa Rza (ə) və İmam Cavad (ə) bu hiylə və riyakarlıq maskasını Məmunun üzündən kənara çəkməyə çalışdılar və bunu bacardılar.

Ayətullah Xamenei

Vilayet.info


4934 بازدید
در حال ارسال اطلاعات...