Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2014

İslamda əyləncənin yeri

Allah-Taala Quranda buyurur ki, biz insanı ən üstün şəkildə yaratdıq. (bax: Tin, 4). Dehxuda lüğətində "təfrih" sözü əylənmək, şadlanmaq mənasında verilib. "Qamusi-Quran"a əsasən, fərəh dedikdə təkəbbürlə yanaşı olan şadlıq nəzərdə tutulur. Belə bir şadlıq bəyənilmir. Sevinc isə təfəkkürdən qaynaqlanır, qaynağı şəhvət olan fərəhdən fərqlənir. Rağib yazır ki, fərəh açıq qəlb mənasındadır. Rağibə görə, fərəhdə ötəri bir ləzzət var. Fərəhlənən insanda sevinc və şadlıq yaranır. Çox vaxt belə sevincin səbəbi maddiyyat olur. Mənəviyyatla bağlı sevinc halları da var. Şadlıq mövzusu Quranda yer almış mövzulardandır. Amma əsassız, əbəs şadlıq bəyənilmir. İnsan ilahi hədəflərlə bağlı şadlananda bunun dəyəri var.

Yunus surəsi, ayə 58: "(Ya Rəsulum!) De: “Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!”" Dünyada insanı sevindirəcək şeylər çoxdur. Hərə bir yolla, bir şəkildə şadlanır. Bəzilərini dünya malı, bəzilərini övlad, bəzilərini gözəllik şad edir.

Qəsəs surəsi, ayə 76: "Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!" Həddi aşan sevinc insana axirəti unutdurur. Belə bir insanın həddi aşması, asiliyi asan olur. Ğafir surəsinin 75-ci ayəsində oxuyuruq: "(Onlara belə deyiləcəkdir: ) “Bu (əzab) sizin yer üzündə nahaq yerə sevinməyinizə və təkəbbürlənməyinizə görədir!"

Təbii ki, İslamda sağlam əyləncə, ilahi məntiqə uyğun şadlıq bəyənilir. Həzrət Peyğəmbər (s) buyurur: "Əylənin, oyun oynayın. İstəmirəm ki, dininizdə qaraqabaqlıq görünsün." Həzrət Əli (ə) buyurur: "Şadlıq insana təravət, hərəkət gətirir." Həzrət Peyğəməbr (s) həzrət Əliyə (ə) vəsiyyətində buyurur: "Ağıllı insan yalnız üç məqsədlə səfərə çıxab bilər: Ticarət və təhsil məqsədilə, mənəvi kamala çatmaq məqsədilə, halal ləzzət ardınca, əyləncə məqsədilə." Ayə və rəvayətlərə görə varlıq aləmi insanın azad və rahat ibadəti üçün yaradılıb. Dərd-bəla, yoxsulluq, zülm insanı yaranış məqsədindən uzaqlaşdırmamalıdır. İnsandakı meyillərdən biri ictimai, toplum həyata meyldir. Azadlıq meyli bu meyillə yanaşı qoyulduqda müəyyən ziddiyyətlər yaranır. Cəmiyyətə çıxan insan üçün məhdudiyyətlər var. Demək, insan cəmiyyət arasında müəyyən məhdudiyyətləri qəbul etməli və bunu azadlığa zidd saymamalıdır. Nəhcül-bəlağədə buyurulur ki, möminin həyat proqramında gün üç hissəyə bölünüb: Allahla raz-niyaz üçün, həyat ehtiyaclarını təmin etmək üçün, halal ləzzətlər üçün.

Demək, İslama uyğun halal əyləncə, insanın təbii ehtiyaclarındandır. Cəmiyyətdə bu ehtiyacın qaydasınca təmini üçün şərait yaradılmalıdır. Mömin insan əyləncə zamanı da öz ilahi missiyasını unutmamalıdır. Halal ləzzətlərdən bəhrələnən insan belə Allahı yaddan çıxara bilməz.

Sağlam əyləncə insanın zehni və fiziki istedadlarını gücləndirir. Sağlam əyləncədən sonra insan daha rahat düşünür, daha rahat fəaliyyət göstərir. Sağlam əyləncə cəmiyyətdəki qəddarlığı, amansızlığı da aradan qaldırır. Sağlam əyləncə işsizlik demək deyil. Sağlam əyləncə olan yerdə avaralanmaq yoxdur.

İslam sağlam əyləncəyə o qədər əhəmiyyət verir ki, bunun üçün proqramlar nəzərdə tutulur. Bəzi müsabiqələrdə şərt kəsməyə də icazə verilmişdir. Həzrət Peyğəmbərin (s) öz dəvəsini cıdır üçün süvarilərə verdiyi bir faktdır.

Qohum-əqrəbanı, yaxınları yoxlamaq, mömin qardaşı sevindirmək sağlam əyləncə növlərindəndir. İmam Riza (ə) buyurur: "Bir-birinizin görüşünə gedin, bir-birinizlə əl tutun, bir-birinizə qəzəblənməyin." Həzrət Əli (ə) buyurur: "Münasibətlərinizdə sevincinizi göstərin."

Dini mərasimlər də sağlam əyləncə növündən sayıla bilər. Belə mərasimlər insanları ilahi həqiqətlərə yaxınlaşdırır, eyni zamanda onlarda sevinc yaradır.

Sağlam əyləncələr arasında səyahətin öz yeri var. Səyahət insana qəm-qüssəsini unutdurur, onu psixoloji gərginlikdən çıxarır. Həzrət Peyğəmbər (s) buyurur: "Səfərə çıxın ki, sağlam olasınız..."

Əyləncə və oyunların uşaqlar üçün müstəsna rolu var. Uşaqlıq insanın ilk təkamül dövrüdür. Bu dövürdə insanın əyləncə və oyuna marağı güclü olur. Bu maraqdan uşaqların düzgün tərbiyəsi üçün düzgün istifadə edilməlidir. Oyunları elə qurmaq olar ki, uşaq bu oyunlar vasitəsilə gələcəkdə qarşısına çıxacaq problemləri asanlıqla həll etsin. Həzrət Yusifin qardaşları bu meyli nəzərə alaraq atalarından xahiş etdilər ki, Yusifin onlarla gəzintiyə çıxmasına icazə versin. (bax: Yusuf, 12).

İnsanın ən enerjili vaxtı onun gənclik dövrüdür. Bu enerji hökmən sərf olunmalıdır. Əgər düzgün sərf olunmasa günaha sərf olunacaq. İnsanın məhz gənclik dövründə psixoloji sarsıntı keçirməsinin əsas səbəbi onun sağlam əyləncədən uzaq olmasıdır. Uşaqların və gənclərin vaxtını səmərəli keçirməsi üçün valideynlər və hökumət rəsmiləri məsuliyyət daşıyırlar. Bir gəncin cəmiyyət və məmləkət üçün faydalı olub-olmaması onun tərbiyəsindən, bu müstəvidə düzgün əyləncə şəraitindən asılıdır.

Nur-az.com/hawzah


6274 بازدید
در حال ارسال اطلاعات...