Müasir həyatda əsas neqativ sosial-ekonomik hadisələrdən biri mafiya adlandırılan mütəşəkkil cinayətkarlıqdır. Hətta rəsmiyyətdə təşkilat, birlik kimi qeydiyyatdan keçən qruplar mütəşəkkil cinayətkarlıqla məşğuldur. Mafiya sözü 19 əsrin ortalarında meydana çıxıb. Əvvəllər təkcə Sisiliyada (İtaliya) mütəşəkkil cinayətkarlıqdan danışarkən bu sözdən istifadə olunub. Əslində bu söz müdafiəçi, himayədar mənasını bildirir. 20-ci əsrin ortalarında Sisiliya mafiyası Avropada populyarlaşdı. Amerikada italyan-amerika cinayətkar qrupları liderliyi ələ aldı. Kriminoloqlar mütəşəkkil cinayətkarlıq deyildikdə yalnız professional cinayətkarların, qanqksterlərin fəaliyyətini nəzərdə tutur. İqtisadi cinayətkarlıq bu çevrəyə aid edilmir. Adi halda kallektiv şəkildə fəaliyyət istənilən bir cinayətkar qrupu mafiya adlandırırlar.
Mafiya tarixində Sisiliya mafiyası, Amerika mafiyası, Yapon mafiyası, Çin mafiyası məşhurdur. 20-ci əsrin sonlarında bu sıraya Latın Amerikası mafiyaları da qatılıb. Rusiya, Alban, Nigeriya mafiyaları da məşhurlaşmaqdadır. Bununla belə dünyanın əksər ölkələrində güclü mafioz qruplar mövcud deyil.
Mütəşəkkil cinayətkarlıq svilizasiya kimi qədim tarixə malikdir. Priat gəmiləri, quldur dəstələri qədim tarixdə yer alıb. Təbii ki, müasir mütəşəkkil cinayətkarlıq qədim quldur dəstələrinin cinayətkarlığından fərqlənir. Ənənəvi mütəşəkkil cinayətkarlıq (məsələn, 17-ci əsrdə Karib dənizində priatların fəaliyyəti) sırf zor üzərində qurulmuşdur. Müasir mütəşəkkil cinayətkarlıqda isə qurbansız fəaliyyət prinsipi gözlənilir. Bir növ cinayətkarlığın texnologiyası yaranıb. Müasir mütəşəkkil cinayətkarlıqda kriminal təşkilatçılıq, möhkəmlik, kütləvilik, proqramlaşdırma, sosial rabitələr, iqtisadi və siyasi məqsədlərlə cinayət, ciddi rəhbərlik kimi elementlər yer alıb.
Müasir mütəşəkkil cinayətkarlıq hazırda daha çox iqtisadiyyata nəzarətlə məşğuldur. BMT baş katibi 1993-cü ildə "cəmiyyətdə mütəşəkkil cinayətkarlıq" adlı hesabatında mütəşəkkil cinayətkarlığı iqtisadi bünövrə üzərində möhkəmlənmiş qeyri-qanuni fəaliyyət şəbəkəsi kimi dəyərləndirib.
Cinayətkarlar fərdi fəaliyyətlə, oğurluq və qarətlə məşğul olduğu zaman təşkilatlanmağa ehtiyac yox idi. Seks sənayesi, qumar biznesi, narkobiznes meydana çıxandan sonra cinayətkarlığın təşkilatlanması zərurətə çevrildi. 19-cu əsrin sonlarından başlayaraq müxtəlif sahələrə nəzarət edən mafioz firmalar yarandı. Artıq ayrı-ayrı cinayətkar qruplar arasında rabitələr vardı, müəyyən bölgü üzrə fəaliyyət göstərilirdi. Acınacaqlı faktlardan biri budur ki, fərdi cinayətkarlıqla daha vicdanla mübarizə aparan hüquq mühafizə orqanları mafioz qruplara qarşı loyallıq göstərdi, rüşvət müqabilində böyük cinayətlərə göz yumuldu.
Mütəşəkkil cinayətkarlığın nəzarətə götürdüyü sahələrdən biri də orqan biznesidir. Transplantasiya əslində səhəyyəyə aid bir xidmətdir. Bu işdə sabiq Sovetlər Birliyi öncül olub. Sovetlər Birliyindən sonra orqan köçürməsi əməliyyatları Amerikada daha müvəffəqiyyətlə aparılıb. 1954-cü ildə Cozef Myurrey ilk böyürək köçürməsi əməliyyatını həyata keçirib. İlk qara ciyər köçürməsi əməliyyatı 1963-cü ildə Tomas Starzl tərəfindən aparılıb. 1967-ci ildə Kristian Barnard ürək köçürüb.
BMT transtplantasiya cinayətlərini 17 qrupa bölüb. Bu sırada 13-cü yeri insan orqanı alveri tutur. Transplantasiya 1980-cı illərdə tibb sahəsi kimi rəsmiləşib. Məhz bu sahə yaranandan sonra donarlar meydana çıxıb. Orqan plantasiyasında ağıla gəlməyən böyük məbləğlərdən söhbət gedir. Kifayət qədər sübut var ki, üçüncü ölkələrdən insan orqanı toplayan mütəşəkkil cinayətkar qruplara Avropadan nəzarət edilir. Rusiyada böyük sayda uşaqların itkin düşməsi faktı var. Bu faktı Rusiya daxili işlər nazirliyi təsdiqləyir. Mütəxəssislər bunu orqan alveri ilə əlaqələndirir. Heç bir ölkə insan orqanına olan ehtiyacı ödəmək gücündə deyil. Buna görə də orqan biznesi beynəlxalq xarakter daşıyır. Bu biznesin əsas təminatçısı evsizlər, uşaqlar, qeyri-sağlam həyat tərzi keçirənlərdir. Rusiyada daha çox Sibir, Moskva və Piterdə insanlar yoxa çıxır.
Hazırda dünyada orqan alveri genişlənməkdədir. Transplantasiya adi halda leqal olduğundan bu çətir altında böyük cinayətlər baş verir. Qeyri-qanuni orqan köçürməsi müasir dünyada ən ağır cinayətlərdəndir. Təqribən 30 il tarixi olan bu cinayət heç vaxt bu günkü kimi əhatəli olmayıb. Bu sahəyə nəzarət edənlər dərin təcrübəyə, böyük əlaqələrə, geniş imkanlara malikdir. BMT-nin hesabatlarına əsasən uşaq oğurluğu orqan transplantasiyasının əsas fəaliyyət sahələrindəndir. Saxta sənədlərlə Argentina, Braziliya, Honduras, Meksikadan Avropaya insan orqanı ötürülür. 1993-cü ildə Moskva şəhər prokurorluğu paytaxtın morqlarında orqanı çıxarılmış meyit 4000 aşkarlayıb. 1993-cü ildə Times yazırdı ki, Rusiyada 700 ürək və qara ciyər, 1400 böyrək, 2000 göz satmış qrup aşkarlanıb. 1990-cı ildə donar ovlayan Cim Koen həbs edilib. İtaliya polisi bu şəxsi beş ay həbsxanada saxlasa da onun beynəlxalq orqan biznesinə rəhbərlik edənlərdən olduğunu sübuta yetirə bilməyib.
Orqan bazarında ən böyük təlabat böyrəyədir. Latviyada hər il 25-35 pasient böyrək transplantasiyası gözləyir. Böyrək biznesini gücləndirən səbəblərdən biri sağlam adamın öz iki böyrəyindən birini sata bilməsidir.
Artıq insanlarda orqan alveri haqqında anlayış formalaşıb. Transplantasiya mərkəzinin rəhbəri Yanis Bisans etiraf edir ki, hər həftə xəstəxanaya böyrəyini satmaq istəyənlər müraciət edir. Artıq insanlar öz maliyyə problemlərinin həllində böyrək satışını bir variant kimi görür.
Orqan bazarı yüksək səviyyədə təşkilatlanıb. Bir orqanı satmaq üçün bəzən üç ölkədən keçmək lazım gəlir. Əgər alıcı Los-Ancelesdəsə, donar Çin və ya Yaponiyadan gəlir. Vasitəçi tərəfləri əməliyyata icazə verilmiş ölkədə görüşdürür.
İnkişaf etməkdə olan ölkələrdə həm donarlar tapılır, həm də əməliyyatlar həyata keçirilir. Alış-satış isə əksər ölkələrdə baş verə bilər. İtaliya hüquq mühafizə orqanları bildirir ki, Rusiya mafiyası İtaliya mafiysı ilə bu sahədə əməkdaşlıq edir. Donarlar Ukrayna, Rusiya, İtaliya arasında hərəkətdədir. İtaliya orqan transplantasiyasının ən çox inkişaf etdiyi ölkədir. İtaliyanın cənub liman şəhəri olan Baridə prokurorluq Nadejda Tkaçenko adlı banda başçısı ilə bağlı cinayət işini araşdırır. Bu qadın uşaq alveri ilə məşğul imiş. Volqaqrad və Permdə yetim uşaqların itməsi bu şəbəkə ilə bağlıdır.
Mozanbik hüquq mühafizə orqanlarına uşaq alveri ilə bağlı informasiya daxil olanda araşdırma aparılıb və axtarışlar zamanı gözü, ürəyi, böyrəkləri çıxarılmış meyitlər tapılıb.
Klaudio Avallone və Benito Fusko adlı iki keşiş 2001-ci ildə Romada mətbuat konfransı keçirib. Mövzu Nampulada itmiş 100 uşağın aqibəti olub. Bu uşaqlardan əksərinin meyiti yarılmış, parçalanmış vəziyyətdə tapılıb. Kalumbiyada kütləvi uşaq qəbiri aşkarlanıb. Əksər meyitlərin orqanları çıxarılıb.
Orqan alveri məqsədi ilə oğurlanan insanlar sonda qətlə yetirilir. Orqan biznesinə nəzarət edənlər elə bir texnologiya işləyib ki, donarların, çıxarılmış orqanların izlənməsi, qeyri-qanuni köçürmə aparılan mərkəzlərin aşkarlanması çətinləşib. Donarlar çox vaxt saxta sənədlərlə bir ailə kimi nəzərdə tutulan ölkəyə ötürülür. İstər miqrasiyanın, istər transplantasiyanın leqal hissəsinin olması cinayətkarlara şərait yaradır. Hazırda orqan alverini asanlaşdıran səbəblərdən biri də internet şəbəkəsinin genişlənməsidir. Donarların və müştərilərin tapılmasında, razılaşma əldə olunmasında internet rabitəsi əvəz olunmaz rol oynayır.
Qanunsuz orqan alveri hazırda ən təhlükəli cinayət növü sayılır. Təəssüf ki, bu cinayət növü cəmiyyətin öz tələbidir. Kriminalistlər bu cəhəti orqan biznesini asanlaşdıran cəhət sayır. Əgər cəmiyyətin orqan biznesinə ehtiyacı varsa bu ehtiyac beynəlxalq səviyyədə qanuni yolla təmin olunmalıdır.
Məlum məsələdir ki, mütəşəkkil cinayətkarlıq dövləti zəiflədən amillərdəndir. Kalumbiya, Sisiliya, Rusiya buna misal ola bilər. Mütəşəkkil cinayətkarlıq qanuni biznesin imkanına mane olur. Dövlət zəif olanda mafioz qruplar hakimiyyətə nəzarəti ələ alır. Bu səbəbdən əksər ölkələrdə mütəşəkkil cinayətkarlıqla mübarizə aparılır. Bu mübarizədə təkcə güc tətbiqinin nəticələri qənaətbəxş deyil. Dövlətin maraqları ilə vuruşan istənilən qruplaşma sonda məhv edilib. Amma bir qrupu məhv etmək cinayətkarlığı məhv etmək deyil. Nə qədər ki, kriminal əmtəəyə ehtiyac var cinayət də olacaq. Bu səbəbdən hazırda mütəşəkkil cinayətkarlığın likvidasiyası yox, fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində səy göstərilir.
Mafiya kriminal müəssisələri leqallaşdırmaq, çirkli pulları yumaqla güclənir. Əgər dövlət bu qapıları mafiyanın üzünə bağlaya bilsə irəli addım atılar. Hollandiyada narkotika biznesi leqallaşandan sonra narkomafiya bütün nüfuzunu itirdi. Təbii ki, mafiyaya qarşı belə bir üsul bəyənilə bilməz. Mafiyanın gördüyü işi leqallaşdırmaq məhdud şəkildə olduqda fayda verə bilər. Bu günkü hesabatlar və statistikalar göstərir ki, dünya mütəşəkkil cinayətkarlıqdan tezliklə yaxa qurtara bilməyəcək.(sartraccc.ru)
Kollin Berns (Colleen Burns) adlı qadın Nyu-Yorkda Sirakkuzda gözlərini cərrahiyyə stolunda açır. Başa düşdüyü bu olur ki, üzərində əməliyyat gedir. Həkimlər qonşu cərrahiyyə otağında orqan gözləyən cərrahları təcili təmin etməli idi...
Bu fantaziya deyil. Bu barədə ABC News və başqa xəbər kanalları xəbər yayıb. Hadisə necə baş verib? Həkimlər bu qadının ürəyinin dayandığını və onu həyata qaytarmaq mümkün olmadığını deyib. Əslində bu böyük bir yalan olub. Həkimlər əməliyyata başlmaq, onun ürəyini çıxarmaq üçün göstəriş alıb.
Biz ölü deyəndə həyat əlaməti olmayan, ürəyi və beyni işdən dayanmış başa düşürük. Amma hazırda dünyanın nüfuzlu səhiyyə müəssisələrində həyat əlaməti olan insanı əməliyyat salır, onun orqanlarını çıxarıb böyük biznesə əmtəə ötürürlər. Bəli, yaşayan insan ölü elan edilir. Onun ürəyi döyünür, beyni işləyir. Amerikada ürəyi döyünən, beyni işləyən insanın ölü adlandırılıb doğranması adi hal alıb. Bu cinayət hər gün baş verir. Buna görə çox cinayət işi qaldırılıb.
İnsan orqanı alveri milyardarla qazanc gətirən böyük sənayeyə çevrilib. Adətən yaxşı böyrək, qara ciyər, ürək və başqa orqanlara ehtiyac duyan varlı insanlar olur. Bu cinayətdə əsas iştirakçı insanların sağlamalığını, həyatını qorumalı olan səhiyyə sistemi, həkimlərdir. Təbii ki, bu biznesdə həkimlər də böyük pul qazanır. Orqan alanlar və sığorta şirkətləri böyük pullar ödəyir. Orqan köçürülməsi sənayesi pul üzərində qurulmuş sənayedir və burada insani dəyərlərdən danışmağa dəyməz. Söhbət hələ yaşaya biləcək insanların qətlindən gedir.
Bu sənayedə çoxlarına gizli qalmış bir yalan da var. Köçürülən orqan adətən zədələnmiş, keçici xəstəliyə yoluxmuş orqan olur. Elə bu səbəbdən də orqan köçürülən insanların əksəri uzun müddət yaşamır. Yuxarıda haqqında danışılan Kollin Berns nümunə göstərilə bilər. Bu qadın özünü öldürmək istəyib, zəhərli maye qəbul edib. Həkimlərin sözünə görə onun içdiyi zəhərli kokteyl öldürücü olub. Bununla belə həkimlər qadının orqanlarının sağlam olduğunu qeyd edib. Hansı ki bu zəhərlənmədən sonra ciddi zədələnmiş orqanlar olub. Həkimlər bunu bilərəkdən gizlədiblər. Köçürülən orqanların əksəri hepatit kimi ciddi xəstəliyə yoluxmuş orqanizmlərdən çıxarılır. Orqan köçürülməsində keyfiyyət standartları gözlənilmir. Həkimlər üçün yeganə meyar orqanın işləməsidir. Ürək və ya böyrək transplantasiyası qəfildən insanın vəziyyətini ağırlaşdıra bilər. Orqan köçürülmüş insanlarda qəfil zəhərlənmə hadisələri adi hal alıb. Yeni orqan özü ilə yeni xəstəliklər gətirir. Köçürmə zamanı işlədilən dərmanlar, immunitet yaradacaq pereparatlar orqanın funksiyalarına təsir göstərir.
Amerikada İraq müharibəsi veteranı ağır xərçəngə yoluxmuş ciyər köçürməsindən sonra dünyasını dəyişib. Metyu Millinktona (Matthew Millington) 2009-cu ildə ağır xərçəngdən zədələnmiş ciyər köçürülüb. Köçürmədən on ay sonra Millinkton ölüb. Maraqlıdır ki, əməliyyata göstəriş verən və onu həyata keçirən həkimlər cəzalandırılıbmı? Təbii ki, yox. Orqan köçürməsində heç bir zəmanət yoxdur və hələ yaşayası insan yeni orqan köçürüləndən sonra ölə bilər.
Hazırda Amerikada rəsmi statistkaya görə 100 min insan orqan gözləyir. Bu ehtiyacın kiçik bir hissəsi bir il ərzində ödənə bilər. Beləcə həkimlər orqan dalınca gəzir. Buna görə də insanları öldürür, xəstə orqan köçürməkdən çəkinmirlər. Təbii ki, sağlamlığına qulluq edən insanlar arasında orqanı köçürülənlər az olur. Bu sənayenin hədəfi adətən alkoqoliklər, narkomanlar, ağır xəstəliklərdən əziyyət çəkənlərdir. Demək bu sənayedə daha çox xəstə orqanlar təklif olunur.
Ən yaxşı halda müxtəlif qəzalarda həyatını itirən insanların orqanları sağlam olur. Əlbəttə ki bu sahədə növbə deyilən bir şey həqiqətdən uzaqdır. Necə olur ki, minlərlə insan qara ciyər gözlədiyi zaman Stiv Cobs dərhal bu orqanla təmin edilir?! O da başqaları kimi növbəyə dayanmışdı. Amma hamıdan qabaq əməliyyat keçirdi.
Orqan biznesində insanların qətiyyətsizliyi, bəzən tamahkarlığı böyük rol oynayır. Öz həyatı haqqında qərar çıxarmaq imkanı olmayan xəstənin yaxınları söz deyir. Onların razılığı ilə məsələ həllini tapır.
British Medical Journal yazır: Ehtimal olunan razılıq deyilən bir ifadə var. Yəni orqana görə məsuliyyət daşıyan tərəfin qısa bir müddət sükutu razılıq kimi qəbul oluna bilər. Əgər xəstə özünə nəzarət etdiyi zaman orqan köçürülməsindən imtina etməyibsə bunu razılıq kimi qeyd edirlər. Belə halda bəzən ailə üzvlərindən də razılıq almırlar.
PresumedConsent.org saytı bu mövzuya həsr olunub. Onun səhifələrində faktı gizlətmək üçün çox şirin, bəzəkli sözlər işlədilir. Xəstə bir növ əməliyyata razı salınır. Bu olmadan orqan sənayesini yaşatmaq mümkün deyil. Artıq "siz orqan donarı olmaq istəyirsinizmi" sualı ilə böyük kampaniyalar geniş şəkil alıb. Hətta heç bir xəstəlikdən əziyyət çəkməyən insanlardan belə bir öhdəlik alınır. Heç vaxt belə bir suala müsbət cavab verib, hansısa sənədi imzalamaqla həkimlərə sizi öldürmək imkanı yaratmayın. Onlar belə bir səbəb olmadan da pasientlərə rəhm etmirlər. (sdelanounih.ru)
Nur-az.com