Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

8 şey 8 şeyə maneədir

1.Utanqaclıq inkişafa maneədir

“Müşk odur ki, özü ətir saçsın, nəinki əttar deyə.”

Əgər bütün dünya desə ki, sən istedadlısan, əgər zehnində olan rəy və fikrin dəyişməzsə, inkişaf edə bilməzsən.
Digərləri üzünüzə baxmaqla və ya rəftarlarınızdan sizin istedadlı olmağınızı bilməyəcək.

2.Qorxu istedada maneədir

İnsanın etiqadlı olmasına əsas maneə qorxudur. Digərləri haqda qəzavət etmək qorxusu, rədd olmaq qorxusu. Müvəffəq olmamaq qorxusu səbəb olur ki, siz düz olan bir şeyə imanınız olsa da, o işi görə bilmirsiniz.

3.Xəyal həqiqətə maneədir

İnsanı xəyalsız təsəvvür etmək olmaz. Ya özü üçün, ya da digəriləri üçün, xəyyallarla yaşamaq bais olur ki, biz həqiqi olmayan dünyada yaşayaq və o vaxt qəflət yuxusundan ayılırıq ki, artıq çox gecdir.

4.Bədbinlik şad olmağa maneədir

İnsanın bədbin olması həm özünün, həm də yaxınlarının həyatını acı edir. Bu cür insanlar ən yaxşı qəsrlərdə, eləcə də gözəl evlərdə divarların çatlamasını güdürlər. İnanın ki, bu yaşayış özündən başqa heç kimə çətin deyil.

5.Xudbinlik ünsiyyətə maneədir

İnsanlar həyatda digərləri ilə qarşılıqlı əlaqəyə bağlıdır. Ona görə də biz məcburuq digərləri ilə əlaqə yaradaq. Heç kim xudbin insanla ünsiyyətdə olmaq istəmir.

6.Şikayət təşəbbüsə manedir

O kəs ki, daim müqəssir, şikayət və digərlərini acılamaq fikrindədir, faktiki olaraq təlaşdan əl çəkmiş olur, çünki müqəssir axtarır.
Bu asanlıqla həyatınızı əldən verməyin.

7.Özünü böyük görmək sevilməyə maneədir

Bütün insanlar çox istəyirlər ki, digərlərinin nəzərində yaxşı şəkildə görünsünlər. Həmişə özümüzü qüdrətli və üstün göstərməklə digərlərini bezdirmiş oluruq və özümüzdən uzaqlaşdırırıq.

8.Adət etmək dəyişikliyə maneədir

Adət dəyişikliyə maneədir. Bu iş bais olur ki, illərlə bir məkanda, zamanda və şəraitdə qalaq.


Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



5458 بازدید
در حال ارسال اطلاعات...