Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2016

Əllamə Təbatəbai həyat yoldaşının qəmində

Göz yaşım xanımın səfa və səmimiyyətinə, sözün həqiqi mənasında bir xanım olması və məhəbbətlərinə görədir
Əllamə Təbatəbainin həyat yoldaşı vəfat edən zaman, o çox təsirlənmişdi və qəmli idi. Daim gözünün yaşını axıdırdı. Şagirdlərindən biri onun bu qədər ağlamağının səbəbini soruşduqda, Əllamə belə cavab verir: Ölüm haqdır, hamı olməlidir. Mən həyat yoldaşımın ölümünə görə ağlamıram. Göz yaşım xanımın səfa və səmimiyyətinə, sözün həqiqi mənasında bir xanım olması və məhəbbətlərinə görədir. Bizim həyatımız enişli-yoxuşlu olub. Nəcəfi-Əşrəfdə çətinliklə üzləşirdik. Mənim yaşayış ehtiyaclarından və idarə olunmasından xəbərim olmurdu. Bunların idarə olunması xanımın öhdəsinə idi. Həyatımız boyu heç bir vaxt elə bir vəziyyət yaranmadı ki, xanım bir işi eləsin, mən ən azından ürəyimdən keçirəm ki, kaş bu işi görməzdi. Yaxud bir işi tərk tərk eləsin, mən deyim ki, kaş bu işi edirdi.
Bütün həyatımız böyu heç vaxt mənə demədi ki, niyə bu işi elədin, ya da niyə eləmədin?


5246 بازدید
در حال ارسال اطلاعات...