Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2016

TƏLƏSKƏNLİYİN PİS TƏSİRLƏRİ

Mömin müsəlman ağıllı və uzaqgörən olub tədbirlə iş görməli və öz ilahi məqsədinə nail olmalıdır
İnsan adətən, nəfsinin vəziyyətindən, niyyətlərindən, ətrafındakı hiylələrdən xəbərsiz olur. O, təbii, psixoloji, ictimai şəraitdən doğan bəzi səciyyəvi hərəkətlərə yol verir. Onun yeməyi, danışmağı, rəftarı çox vaxt bu şəraitdən asılı olur. Ətraf mühitin diktəsi ilə hərəkət edən insan çox vaxt bu hərəkətləri ölçüb-biçmədiyindən səhvlərə yol verir və sonradan peşman olur. Oturuşu, duruşu, danışığı, rəftarı ona əzab verməyə başlayır. Bu ağrılardan qaçmaq üçün insan iş görməzdən əvvəl öz ağlını işə salıb, əvvəlcə düşünüb, sonra hərəkət etməlidir. 
İmam Sadiq (ə) öz səhabələrinə buyurur ki, heç zaman tələsik iş görməyin. Səbr edib bu işin faydasının zərərindən çox olduğuna əmin olun!
Bu göstərişlər təkcə dini yox, dünya həyatına da aiddir. Mömin isə həm dünya, həm də axirət işlərinin faydalılığını düşünür. O anlayır ki, bir saat dünya ləzzətinə görə insan əbədi olaraq cəhənnəmə gedə bilər. Xeyir və zərəri götür-qoy edən insan heç zaman günaha yol verməz. Məsələn, şərab içən şəxsə «içmək olmaz» deməklə zahirən dini vəzifə bitir. Amma şərabxora bir insan kimi ürək yandıran müsəlman ağlını işə salıb elə bir iş görə bilər ki, qarşısındakı günahkar qəflət yuxusundan oyanıb normal həyata qayıdar.
Mömin müsəlman ağıllı və uzaqgörən olub tədbirlə iş görməli və öz ilahi məqsədinə nail olmalıdır.


4613 بازدید
در حال ارسال اطلاعات...