Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyul 2016

Cin vurmuş adam necə olur?

Günah edir, amma cənnət arzusundadır.
Peyğəmbər (s) bir yerdən keçirdi. Gördü ki, bir dəstə insan bir yerə toplaşıb. Soruşdu: Nə olub? Dedilər: Burada bir nəfər dəli olub, onu cin vurub. Buyurdu: Bu dəli deyil, xəstədir. İstəyirsinizmi ki, sizə həqiqi dəlinin kim olduğunu bildirim? Dedilər: Bəli, ey Allahın rəsulu! Həzrət (s) buyurdu: Həqiqi dəli o kəsdir ki:

1. Təkəbbürlə yol gedir.
2. Hamıya yuxarıdan baxır.
3. O tərəf-bu tərəfə yekəxanalıqla dönür.
4. Günah edir, amma cənnət arzusundadır.
5. Camaat onun şərindən amanda deyillər.
6. Ondan xeyir gözləmirlər.


Belə adam həqiqi mənada dəlidir.


5315 بازدید
در حال ارسال اطلاعات...