Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2016

Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir

İnsanların ən pisi Allahın qullarını satanlardır
Bir kişi Peyğəmbərə (s) ərz etdi: “Ya Rəsuləllah, mən bu oğluma yazı yazmaq öyrətmişəm, indi onu hansı peşəyə qoyum?” Həzrət buyurdu: “Allah sənin atana xeyir versin! Hansı işə istəyirsən qoy, beş işdən başqa;

1. Kəfən satan.

2. Zərgərlik.

3. Qəssablıq.

4. Buğda satan.

5. Qul satan.

Çünki, kəfən satan həmişə camaatın ölməyini arzulayar, halbuki, mənim ümmətimdə yeni doğulan körpə Günəşdən və onun saçdığı bütün şeylərdən üstündür.

Zərgər müamilə zamanı hiylə və fırıldaq işlədər.

Qəssab daşqəlbli olar.

Buğda satan möhtəkir (baha satmaqdan ötrü mal alıb yığan adam) olar.

Qul alveri ilə məşğul olan adama gəldikdə isə Cəbrail (ə) mənə xəbər verdi ki, insanların ən pisi Allahın qullarını satanlardır”.


12778 بازدید
در حال ارسال اطلاعات...