Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2016

ATASINA LAQEYD OLANIN AQİBƏTİ

Bizim saleh bəndəmiz və sənin zəhmətkeş atan olan Yaqubu (ə) görəndə nəyə görə ondan sonra (bir az gec) atdan endin?
Yusif (ə) Misir padşahı olandan sonra qardaşları ərzaq məhsulları almaq üçün həmin vilayətə gedirlər. O, qardaşlarının vasitəsilə köynəyini atasına göndərir. Həmin köynəyi həzrət Yaqubun (ə) kor olmuş gözlərinə sürtən kimi gözləri açılır.
Həzrət Yaqubun (ə) tapşırığı ilə elə həmin gün ailə üzvləri Misirə yola düşürlər. Karvan böyük şadlıqla və iti sürətlə Misirə tərəf hərəkət edirdi. Kənandan yola düşən karvan doqquz günə mənzil başına çatdı. Çünki neçə il övlad həsrətində olan ata oğlunu görməyə gedirdi.
Atası və qardaşlarının gəlişini eşidən Yusif (ə) təmtəraqla onları qarşılamaq üçün yola düşdü. Padşahın xüsusi qoşunundan əlavə, minlərlə şəhər camaatı Yusifi (ə) müşayiət edirdi.
Bu təmtəraqlı mərasimi görən Yaqub (ə) oğlu Yəhudadan soruşdu:
Bu gələn Misir padşahıdır?
“Xeyr atacan. Bu oğlun Yusifdir”– deyə Yəhuda cavab verdi. Yaqub (ə) atdan enib Yusifə (ə) tərəf addımladı.
Yusif (ə) uzaqdan atasını görəndə tez atdan enmək istədi. Amma öz padşahlıq məqamına görə bir az ləngidi. Atası ilə salamlaşıb görüşəndən sonra (mərasim sona yetəndə) Cəbrayıl (ə) nazil olub dedi:
“Ey Yusif! Allah-təala buyurur:
“Bizim saleh bəndəmiz və sənin zəhmətkeş atan olan Yaqubu (ə) görəndə nəyə görə ondan sonra (bir az gec) atdan endin? İndi isə əlini aç. Elə bu vaxt Yusifin barmaqları arasından parlaq bir nur xaric oldu.”
Yusif (ə) dedi: Ey Cəbrayıl! Barmaqlarımın arasından çıxan bu nur nə idi belə?
“Bu peyğəmbərlik nuru idi. Sənin atandan sonra atdan enməyin, atana qarşı hörmətsizlik sayılırdı. Ona görə də Allah-təala peyğəmbərliyi sənin nəslindən kəsdi. Səndən sonra gələcək peyğəmbər daha sənin nəslindən olmayacaq.” – deyə Cəbrayıl (ə) cavab verdi.


5721 بازدید
در حال ارسال اطلاعات...