Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2016

Örnəyin zəruriliyi

Əgər qadın dəbdəbəçilik, eyş-işrət, ötəri həvəslər, köksüz və təməlsiz duyğulara təslim olmaq fikrində olsa, o yolu gedə bilməz
Örnəyin qadın təkamülündə təsiri 

Dünyanın bugünkü qadını örnək istəyir. Əgər onun örnəyi Zeynəb (ə) və Fatimeyi-Zəhra (s) olsa, işi düzgün anlamaqdan, mövqeləri dərk etməkdə sayıqlıqdan, Allahın insanların öhdəsinə qoyduğu böyük vəzifəni yerinə yetirmək üçün fədakarlıq göstərməklə və hər şeyindən keçməklə birgə olsa da, ən yaxşı işləri seçməkdən ibarət olacaq. Örnəyi Fatimeyi-Zəhra (s), yaxud Zeynəbi-Kübra (ə) olan müsəlman qadın belədir. Əgər qadın dəbdəbəçilik, eyş-işrət, ötəri həvəslər, köksüz və təməlsiz duyğulara təslim olmaq fikrində olsa, o yolu gedə bilməz. Hörümçək toru kimi yolçu bir insanın ayağına dolaşan bu bağlılıqları gərək özündən uzaqlaşdırıb, o yolu gedə bilsin.
Zeynəb (ə) örnəkdir. Zeynəb (ə) elm və bilgidən uzaq bir qadın deyildi. Ən yüksək elmlər, ən uca və təmiz bilgilər onun əlində idi.

Örnək təqdim etmək - əcnəbi mədəniyyətin təsirinə maneə
Bizim cəmiyyətimizdə mühüm çatışmazlıqlardan biri müsəlman qadının örnəyinin müəyyən olunmaması olmuşdur. Bu çatışmazlıq səbəbindən əcnəbi mədəniyyətlər bizim cəmiyyətimizdə uzun müddət meydan sulamışdır.

Aydın örnəyin olmaması əcnəbi mədəniyyətlərə təmayülün amili kimi
Dünyanın sənaye ölkələri Əfqanıstan, Misir, İraq, ərəb və qeyri-ərəb olan digər müsəlman ölkələrinin keçmiş təcrübələrinə əsasən, İslamı əsas təhlükə hesab etdilər. Mədəni, iqtisadi və ictimai istismarçılıqla cəmiyyətin qadınlarını tarixi bir sınaqla üz-üzə qoydular. O, qadının hicabına əl uzatmaq və onlarda iffət mədəniyyətini dəyişdirmək idi. Bu mərhələdə gördük ki, müsəlman qadın namaz qılırdı, oruc tuturdu, ziyarətə gedirdi, amma hicabsız idi. Çünki müsəlman qadının və Quranın nəzərdə tutduğu qadının aydın örnəyini müəyyən etməmişdilər.

Qadınların İslam örnəyi əsasında yetişdirilməsi
Əgər İslam cəmiyyəti qadınları İslam örnəyində yetişdirə bilsə, yəni Zəhra (s) örnəyində, Zeynəb (ə) örnəyində, dünyanı və tarixi öz təsiri altına sala biləcək əzəmətli qadınlar örnəyində yetişdirə bilsə, o zaman qadın özünün həqiqi uca məqamına nail olacaq.

Ayətullah Seyid Əli Xamenei


4425 بازدید
در حال ارسال اطلاعات...