Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2016

Tutuquşu və satıcı

Tutuquşu artıq heç kimlə danışmır, şirin dil tökmürdü
Bir satıcı öz dükanında gözəl bir tutuquşu saxlayırdı. Tutuquşu adam kimi danışır, mağazanın keşiyini çəkir, müştərilərlə zarafat edir, onları güldürür, satıcının bazarını qızışdırırdı.
Bir gün tutuquşu mağazada bir tərəfdən başqa tərəfə uçdu. Onun qanadı yağ şüşəsinə dəydi. Yağ şüşəsi yerə düşdü və yağ dağıldı. Satıcı gəlib gördü ki, yağ dağılıb, mağaza çirklənib. Bildi ki, bu tutuquşunun işidir. Bir çubuq götürüb tutuquşunun başına döyməyə başladı. Tutunun başı yaralandı və tükləri tökülüb, tamamilə keçəl oldu.
Tutuquşu artıq heç kimlə danışmır, şirin dil tökmürdü. Satıcı və müştərilər bu vəziyyətdən bərk narahat idilər. Satıcı tutduğu əməldən çox peşman olmuşdu və öz-özünü nifrin edərək deyirdi ki, kaş əlim sınaydı, amma tutuquşunu vurmayaydım. Kaş bu quş bir də dil açaydı və bazarı canlandıraydı.
Bir gün tutuquşu gördü ki, dükanın qarşısından bir keçəl kişi ötür. Tutu birdən dedi: - Ey keçəl kişi, nə üçün yağ şüşəsini sındırmısan və keçəl olmusan? Sən bu işinlə keçəllər birliyinə qoşulmusan və bizim qurumun üzvü olmusan. Gərək şüşəni sındırmayaydın.
Camaat tutunun bu müqayisəsinə doyunca güldülər. Çünki o elə bilirdi ki, hər kim keçəldirsə, yağı dağıtdığı üçün başının tükü tökülüb.


3951 بازدید
در حال ارسال اطلاعات...