Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2016

ALLAH YOLU - ÇOX YAXIN BİR MƏSAFƏ

Əgər Allaha doğru gedən yola keçmək istəsək, yol çox yaxındır
İnsanın həyatı daim iki paralel yol üzərindədir. Bir yol budur ki, onun üzərində gedənlər daim yuxarıya doğru gedirlər. Digər yol isə üzərində gedənlərin yalnız üzü aşağı getdikləri, dərəyə tərəf, cəhənnəmə doğru yuvarlandıqları yoldur. Bu iki yol həmişə bir-biri ilə yanaşıdır, paraleldir. Bu iki yolun gediş xətti tam olaraq bir-birinə bənzəyir. Süquta, nüzula, enişə doğru hərəkət edənlər digər yolu gedənlərin yaxınlaşdığı yerdən uzaqlaşırlar. Onlar Allahdan uzaqlaşır, şeytana, cəhənnəmə yaxınlaşırlar. Ülviliyə, yüksəlişə, nura, Allaha, tövhidə, əxlaqi təmizliyə, ruh paklığına doğru hərəkət edənlər isə tam olaraq digər qrupun süqut etdiyi yerdən uzaqlaşırlar.

Bu, iki cığır, yol boyunca bir-biri ilə qonşudurlar. Birindən digərinə keçid olduqca asandır. Yol, yaxın yoldur. Əgər biz, Allah eləməmiş, ikinci cığırda hərəkət etsək, nəfsani və şəxsi əxlaq baxımından aşağıya doğru yuvarlanırıqsa, birinci cığıra keçmək istəsək, yuxarıya doğru hərəkət etmək, yüksəlmək istəsək, bu iş hər an asandır. "Sənə doğru gələnin yolu yaxındır". ("Əl-İqbal əl-əmal", səh. 67) Allaha doğru hərəkət edənin yolu yaxındır. Əgər Allaha doğru gedən yola keçmək istəsək, yol çox yaxındır. Əgər bir addım atsanız süqut, eniş yolundan əbədi səadətə, nura doğru gedənlərin yoluna keçərsiniz.


Ayətullah Seyid Əli Xamenei


3945 بازدید
در حال ارسال اطلاعات...