Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

İsraildə qadın biznesi

70-ci illərin əvvəllərinə qədər yəhudi fahişələrin İsraildə sayı yüzə çatmazdı. Amma onlar vardı, yeni yaradılmış İsraildə, işğal olunmuş Fələstində məşhur peşə ilə məşğul idi.

Bir zaman qoca Qolda Meir iddia edirdi ki, yəhudilər arasında heç vaxt fahişə olmayıb. Sabiq baş nazirə deyiləndə ki, o haqlı deyil, Qol da bu sözləri dinləmək istəmirdi. Meyer yəhudi fahişələrin mövcudluğunu dilə gətirənləri xəyanətdə ittiham edirdi. Baş nazirlə mübahisə edən rəsmilər onu birbaşa Tel-Əvivin mərkəzi avtovağzalına dəvət etdilər. Bu ekskrusiyadan sonra Qolda Meir etiraf etdi ki, yəhudi fahişələr var. Amma qoca qadın yenə də inadkarlığından qalmadı, "onlar bizim irqdən deyil" deyə əlavə etdi. İsraildə fahişəlik 20-ci əsrin 90-cı illərində çiçəklənməyə başlayıb. Sabiq Sovetlər Birliyindən emiqrasiya zamanı fahişəlik sıçrayışla artıb. Həmin dövürdə Tel-Əvivin, Hayfanın əxlaqsızlıq yuvaları kütləvi şəkildə fahişələrlə doldurulub. Bu qızlar Rusiyadan, Ukraynadan, Moldaviyadan və Özbəkistandan gələnlər idi. Əxlaqsızlıq yuvalarına bu ölkədə adətən keçmiş Sovetlər Birliyindən gələn kriminallar rəhbərlik edir. Qeyd edək ki, İsrailə köçən fahişələr və bu işi biznesə çevirənlər yəhudi mənşəlidir. Xarici ölkələrdə İsrail sutenyorları üçün qadın toplayan peşəkarlar var.



90-cı illərdə əksər fahişələr ölkəyə turist adı ilə gəlib. Həmin dövürdə başqa bir qrupu Misirdən keçirir, Qəzzə ərazisinə ötürür, sonra İsrailə çatdırırdılar. Qızların könüllü və ya zorla bu yolu tutması mübahisəli mövzudur.

Statistikaya görə adətən masaj otağı adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarında bir qadın bir gündə 15-20 müştəri qəbul edir və ayda 10 min dollar qazancı olur. Bundan daha artıq qazanc yuva sahibinə çatır. Əxlaqsızlıq yuvasının başçısı əldə etdiyi bu məbləğ müqabilində müəyyən vəzifələri yerinə yetirir. Əsas iş peşəkar fahişələrin cəlb olunmasıdır. Əksər yəhudilər belə yerlərə ailədə qeyri-məqbul sayılan oral və anal seks ardınca gəlir.

İsraildəki əxlaqsızlıq yuvalarında işə qəbul olunanlar anal seksdən imtina etmək hüququna malikdir. Bundan əlavə əksər yuvalarda qoruyucuların istifadəsi zəruri sayılır.

90-cı illərdə emiqratların ayağına yazılan fahişəlik İsraildə yəhudi fahişəliyini qaranlıqdan çıxardı. İnkar etmək olmaz ki, əxlaqsızlığın yayılma səbəblərindən biri də maddi durumu çətin olan zəif iradəli insanların bu yolu peşə seçməsi idi. İsraildə körpəsini yedirməyə imkanı olmayan qadınların varlığı inkar olunmur. Fahişəlik leqallaşdıqdan sonra yerli İsrail vətəndaşları arasında da fahişələr artdı. Ən acınacaqlı faktlardan biri budur ki, İsrail qızları 12-13 yaşında bu peşəyə qədəm qoyur. Bunu da qeyd edək ki, qızlar arasında maddi durumu qənaətbəxş olanlar az deyil. Yəni İsraildə fahişəliyin əsas səbəbi sosial problem sayılmır.

2005-ci ilin yazında İsrail mətbuatı 12 və 14 yaşlı bacıların fahişəlik hekayəti ilə cəmiyyəti şoka saldı. Onların bu peşəsini anaları himayə edirdi, xalaları onlar üçün müştəri yığırdı. İşə polis qatışanda qızların ifadəsi daha qəribə oldu. Onlar dedilər ki, bu peşədə pis bir şey olduğunu düşünmürlər. Ana və xala üçün cinayət işi qaldırıldı, qızları qapalı internata göndərdilər.

21-ci əsrin əvvəllərində 13-16 yaşlı qızların bir neçə dollara özünü satması təhlükəli həddə çatdı. Yəhudilər bunu rus fahişəliyi adlandırmağı sevirlər. Hələ də bəziləri iddia edir ki, köklü israillilər bu peşə ardınca getmir. İsraildə ərdə olan qadınlar arasında da bu peşəyə təsadüf olunur. Fərqli cəhət budur ki, bu qadınlara ərləri müştəri yığır.

Yəhudi fahişəliyi hadisəsi bəzilərinin fikrincə "yuxarılarla" bağlıdır. İşğal olunmuş ərazilərdə İsrail yaradılan zaman ölkədə dini ənənələr möhkəm olduğundan yəhudi fahişələr də barmaqla sayılası həddə idi. Dini ənənələr aradan çıxdıqca, İsrail avropalaşdıqca yəhudi fahişələrin də sayı artmağa başladı.

Hazırda fahişəlik İsraildə rəsmi olaraq qadağandır. Amma bu qadağa minlərlə tanınmış əxlaqsızlıq yuvasının fəaliyyətinə mane olmur. Polis dövrü şəkildə məruzə xatirinə reydlər keçirir. Qısa bir müddətə bağlanmış fahişəxanalar yenidən fəaliyyətə başlayır. Yuvada işləyən qadınlar sahibkardan şikayət etməsə sahibkar heç vaxt qanun qarşısında dayanmır. Fahişəxana sahibləri arabir qanunsuz fəaliyyətə görə cərimə olunur.

Əgər İsraildə fahişəliklə bağlı məhkəmə prosesləri varsa bunun səbəbi sahiblərin qadınlarla amansız davranışıdır. Doktor Naumi Libenkorn 2007-ci ildə fahişəliklə bağlı araşdırma aparıb. Araşdırmanın nəticələrinə görə yəhudi sutenyor adətən ailəsi, zahirən normal həyatı olan 40 yaşlı kişidir. İsrail polisində olmuş sutenyorların 68,4 faizi ailəli şəxslərdir. Polisə düşənlər arasında hətta altı uşağı olan sutenyor var. Məhkəmə proseslərinə qatılan ailə üzvləri adətən kişidən razılıq edir. Onlar ərlərinin peşəsindən xəbərsiz deyillər. Hətta kişilərin yuvadakı qadınlarla yaxınlığı onları narahat etmir. Yəhudi alfonslar məhkəmədə ailə ehtiyaclarını əsas səbəb göstərirlər.

Polis və məhkəməyə fahişələr də az müraciət edir. Polisdə belə ifadələrə rast gəlmək olar ki, qadın yazır: "Mən maşın kimiyəm, o məni satın alıb və istədiyini edə bilər..." Maraqlıdır ki, qədim peşəyə nəzarət edən sutenyroların əksəri özünü normal insan sayır və tutduğu yoldan xəcalət çəkmir. Sutenyroların yalnız 26 faizinin keçmişdə cinayəti olub. Sutenyorlar arasında İsrail ordusu SAXAL və rus ordusunun zabitləri az deyil. İsrail xüsusi xidmət

orqanlarında çalışmış, hətta döyüş meydanında qəhrəmanlıq göstərmiş yəhudi zabitlərə bu peşədə çox təsadüf olunur. Bəziləri həm taksi sürür, həm idman zallarında məşqçidir, həm də əxlaqsızlıq yuvası saxlayır.

İsraildə əxlaqsızlıq yuvalarının qazancını böyük qazanc saymırlar. Sutenyorlar deyir ki, bu peşədə multimilyoner olan yoxdur. Bunun da öz səbəbləri var. Məsələn bir bina fahişəxana üçün icarə olunursa icarə qiyməti on qat artıq olur. Sahibkar qəzetlərdə reklama azı 40 min şekel xərcləyir. Sadəcə xərclər çox böyük olduğundan xalis gəlir az olur. Sutenyorlar utanmadan bu peşəyə pul yox, sevgi üçün gəldiklərini deyirlər.

Statistikaya görə fahişəxana sahibləri və sutenyorlar arasında qan damar xəstəlikləri, əsəb pozğunluqları nəzərəçarpacaq dərəcədə çoxdur. Əlbəttə ki, bəzən məhkəmədə ittihamdan qaçmaq üçün özünü xəstəliyə vuranlar olur. Özünü dəliliyə vurmuş sutenyorlar arasında ekspertin sağlam saydığı şəxslər də var. Sutenyorlar peşəkar aktyorlardır. Əgər sutenyor məhkəmədə nə vaxtsa yıxılıb yaddaşını itirdiyini deyirsə bu təəccüb doğurmur.

Yəhudi sutenyorları başqa ölkələrdəki həmkarlarından fərqləndirən əsas cəhət onların cəmiyyətdə normal qarşılanmasıdır. Liben Kornun araşdırmasına görə bir çox sutenyorlar ictimai təşkilatlarda və tədbirlərdə aktiv iştirak edirlər. İsraildə "mişmar keilati" ifadəsi çox işlənir. Sovetlər Birliyində "xalq drujinası" deyilən ictimai qurum vardı və bu qurum dövlətin himayəsi ilə asayişə nəzarət edirdi. Mişmar keilati xalq drujinasının bir nümunəsidir. Sutenyorlar belə qurumlarda fəal iştirak edir. Mətbuatda bir sutenyorun xeyriyyə tədbirinə qatılması hərtərəfli işıqlandırılır. Təbii ki, başqa ölkələrdə cinayət sayılan bu peşəyə İsraildə mövcud olan münasibət onun genişlənməsinə şərait yaradır.

İsraildə qədim peşə sahəsində fərqli cəhətlərdən biri də sutenyorların 10 faizdən çoxunun qadınlardan ibarət olmasıdır. Bu qadınların əksəri əvvəllər həmin peşə ilə məşğul olub. Qadınlar adətən ərlələri ilə birlikdə sutenyorluq edir.

Rəsmi statistikaya görə İsraildə fahişələrin sayı 10 mindən çoxdur. İrqçi yəhudilər iddia edir ki, bu qadınların 70 faizi mühacirlərdir. Təbii ki, bir ölkədə hər hansı peşə çiçəklənirsə ona yerli sakinlər də qatılır.

Hazırda İsrailin siyasi dairələrində bu mövzu ilə bağlı qızğın mübahisələr gedir. Bəziləri, adətən dini ənənələrə sadiq yəhudilər qadın alverinin qadağan olunmasını tələb edir. İkinci qrup fahişəliyin leqallaşdırılmasını istəyir. Onlar iddia edir ki, bu peşənin qeyri-leqal fəaliyyəti səhiyyə üçün ciddi problemlər yaradır.

Daha maraqlı bir fakt: Araşdırmaya əsasən İsraildə ildə 40-dan artıq fahişə öz müştərisinə ərə gedir.

Nur-az.com/e-reading.co.uk


7193 بازدید
در حال ارسال اطلاعات...