Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Tövbənin şərtləri

Tövbə günahı yumaqla qəbul olur. Məsələn, əgər bir kəs namaz, oruc, həcc, zəkat və s. ibadətləri yerinə yetirməyibsə, onların qəzasını yerinə yetirməlidir. Əgər birinin malı və ya haqqı yeyilibsə, o mal və haqq sahibinə qaytarılmalıdır.
O günahlar ki, Allah-Taala onlara cəza təyin edib, məsələn zina, vacib deyil ki, bir kəs bu günahdan ötrü şəri hakimin yanına getsin və hakim onun üçün hədd təyin etsin. Lakin zinkarın günahdan tövbəsi, peşimançılığı, onu tərk etmək əzmi və istiğfar etməsidir.
Bu cəhətdən zina ilə adi günahın fərqi yoxdur. Tövbə pozulmayan olmalıdır, yəni kamil, daimi və təkrarlanması qeyri-mümkün olsun. O tövbə ki, tövbə edən şəxs xeyirli işlərə qədəm qoymalı və digərləri üçün nümunə olmalıdır.
İmam Sadiq (ə) buyurub: “Tövbə peşimançılıq və vijdan əzabından ibarətdir ki, etiraf və üzürlə bir daha günahın sorağına getməmək.”
Kafi, Əbu Səbah Kənanindən rəvayət edir: “Bu ayənin mənasını - “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” – İmam Sadiqdən (ə) soruşdum. O həzrət (ə) buyurdu: Pozulmayan tövbə oudur ki, bəndə etdiyi günahdan tövbə edə, bir daha o günahı təkrarlamaya və batini zahirindən yaxşı ola.
Həzrət əmirəlmöminin İmam Əlidən (ə) rəvayət olub ki, kamil tövbə 6 işi yerinə yetirməklə mümkündür:

1.Keçmiş günahdan peşimançılıq;
2.Qəzaya verilmiş vacib əməlləri yerinə yetirmək;
3.Ayrısının malını sahibinə qaytarmaq;
4.Düşməndən halallıq istəmək;
5.Qərara gəlin ki, bir daha günah etməyəsiniz;
6.Özünü günahda bəsldiyi kimi, Allaha bəndəçilikdə də özünü əritsin. Günahın şirinliyini daddığı kimi, ibadətin də çətinliyini dadsın.

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



5338 بازدید
در حال ارسال اطلاعات...