Həzrət Ayətullah Xameneinin böyük İslam mücahidi və Təbriz xalqının zülm və istismar əleyhinə Qiyamının rəhbəri Şeyx Məhəmməd Xiyabani haqqında bəyanlarından üç xatirəni təqdim edirik:
1. “Şeyx Məhəmməd Xiyabani bibimizin yoldaşıdır... Atam Məşrutə İnqilabının şahidi olmuşdur. Məşrutə dövründə Bağırxanla eyni məhəllədə yaşayıblar. Həm Bağırxan, həm də Məhəmməd Xiyabani bizim məhəllənin adamlarıdır. Xiyaban, Təbrizdə bir məhəllənin adıdır. Bu məhəllə indi də bir məhəllə şəklində deyil. Lakin o zaman Təbrizdə yeganə xiyaban (prospekt) olmuşdur. Bu xiyabanın bir hissəsində Qarabağlar adında bir küçə olmuşdur. Qarabağlar küçəsi indi də qalır. Şeyx Məhəmməd Xiyabaninin, həmçinin babamız mərhum Hacı Seyid Hüseyn Xameneinin evi həmin küçədə olmuşdur. Babamız oranın came məscidinin imam camaatı olub”. (22/5/1985)
2. “Mərhum Şeyx Məhəmməd Xiyabani Məşrutə İnqilabına daxil olmazdan öncə bəzən öz qayınatasının canişini olurdu. Onun qayınatası bizim babamız mərhum Hacı Seyid Hüseyn (Xamenei) idi və o da (Şeyx Məhəmməd Xiyabani) Təbrizin həmin came məscidinin şəbistanında qaynatasının naibi olaraq namaz qılırdı. Oradan tədriclə öz şöhrətini qazandı...” (27/7/1993)
3. Təbriz əhalisinin hamılıqla qalxdığı Şeyx Məhəmməd Xiyabaninin qiyamı Vüsuqüddövlənin müqaviləsinə görə olmuşdu. Tehranda zəif hökumət ünsürləri ölkənin maliyyə və hərbi işlərini ikiəlli olaraq ingilislərə təqdim etmişdilər. Təbrizlilər qalxdılar. Mərhum Xiyabani və başqaları bu məsələ qarşısında dayandılar, müqavimət göstərdilər və həmin Təbriz hadisəsi baş verdi. Təbriz həmişə belə olub”. (17/2/2007)
Çevirdi: Seyid Zahir