Allahda olan elm, qüdrət, ədalət kimi sifətlər “sübutiyyə” və ya “cəmaliyyə” sifətləri adlanır
“Həşr” surəsinin 24-cü ayəsində buyurulur:
“Ən gözəl adlar Ona məxsusdur.” “Əllah” kəlməsi zatı addır və ondan 99 ad və sifət birləşir. İslamda əxlaq mövzusunun əsasını bu ad və sifətlərin tanınması təşkil edir. Hədislərdə buyurulur ki, özünüzü ilakhi əxlaqla zinətləndirin. İnsan ilahi sifətlərə yiyələnməklə həqiqi insanlıq məqamına nail olmalıdır. İdeal bir cəmiyyət qurmaq üçün bu cəmiyyətdə ilahi sifətlər cilvələnməlidir.
Məsələn, cəmiyyət sülhə eytiyaclıdır. Allahın “Səlam” adı bu sülhü ifadə edir.
Məsələn, fərdi və ictimai həyatda xoşbəxt olmaq üçün mehribanlıq və bağışlamaya ehtiyac var. Allahın “Rəhman və Rəhim” adları bu iki sifəti təcəssüm etdirir. Allahda olan elm, qüdrət, ədalət kimi sifətlər “sübutiyyə” və ya “cəmaliyyə” sifətləri adlanır. Amma elə sifətlər də vardır ki, Allah bu sifətlərdən uzaqdır. Məsələn, cism, zaman, məkan, mürəkkət kimi sifətlər Allahda yoxdur və belə sifətlər “səlbiyyə” və ya “cəlaliyyə” adlanır.
Bundan əlavə ilahi sifətlər zatı və feli olmaqla iki yerə bölünür. Zatı sifətlərə Allahın qüdrət, elm kimi sifətləri aiddir. Zatı sifətlərə Allahın qüdrət, elm kimi sifətləri aiddir. Zatı sifətlərin mövcudluğu heç nədən asılı deyil. Məsələ, başqa vücud olsa da, olmasa da Allah alimdir. Amma Allah bir iş görmədən feli sifət gerçəkləşməz. Məsələn, Allah məxluqu yaratdıqdan sonra “xaliq” sifəti gerçəkləşir.