Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2016

Buzlaşma dövrünə aid ibrətli bir hekayə

Kirpilər bir qədər fikirləşdikdən sonra başa düşdülər ki, öz həmnövlərinin tikanlarına, bu tikanlardan gələn yaralara dözsünlər...
Buzlaşma dövründə bir çox heyvanlar donaraq məhv oldular. Vəziyyətin ağırlığını dərk edən kirpilər belə qərara gəldilər ki, bir yerə toplaşsınlar və beləliklə, bir-birlərinə istilik verərək, özlərini donmaqdan qorusunlar. Amma bu iş onlar üçün digər bir ağrılı durum yaradırdı. Onlar bir yerə yığışdıqda bədənləri isinsə də tikanları bir-birinə batır və yaralanırdılar. Ona görə də kirpilər seçim qarşısında qaldılar: ya bir-birlərindən uzaqlaşmalı və soyuqdan donub məhv olmalı, ya da dostların tikanına dözməli və öz nəsillərini qorumalı. Kirpilər bir qədər fikirləşdikdən sonra başa düşdülər ki, öz həmnövlərinin tikanlarına, bu tikanlardan gələn yaralara dözsünlər və bir-birlərinin yanında yaşasınlar. Çünki onlardan gələn istilik daha mühümdür. Beləliklə, kirpilər buzlaşma dövrünün məhvedici donmasından özlərini qoruya bildilər.

Hikmət sahibləri yaxşı deyib: “Ən yaxşı münasibət eyibsiz və nöqsansız adamları ətrafına toplamaq deyil. Ən yaxşı münasibət odur ki, başqalarının eybinə dözə biləsən və onların müsbət cəhətlərini görə biləsən”.


4614 بازدید
در حال ارسال اطلاعات...