Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2016

Kərim, yalnız Allahdır

Kərim, yalnız Allahdır ki, həm mənim cibimi doldurdu, həm də sənin qəlyanını özünə qaytardı.
Kasıb bir dərviş şah Kərimxan Zəndin bağının yanından keçirdi. Birdən şahı gördü və əli ilə ona işarə etdi. Şah əmr etdi ki, onu bağın daxilinə gətirsinlər.
Şah Kərimxan dedi: - Nə üçün mənə işarə etdin?
Dərviş dedi: - Mənim də adım Kərim, sənin də adın Kərim, Allahın da adı Kərimdir. O Kərim sənə nə qədər verib və mənə nə verib?
Kərimxan qəlyan çəkirdi. Dedi ki, məndən nə istəyirsən?
Dərviş dedi: - Həmin qəlyanı versən bəsimdir.
Şah qəlyanını dərvişə verdi. Bir neçə gündən sonra dərviş qəlyanı satmaq üçün bazara apardı. Qəlyanın müştərisi də onu Kərimxan şaha hədiyyə aparmaq istəyən bir nəfər idi. Alıcı, çoxlu qızıl sikkə verərək, qəlyanı dərvişdən alıb, şaha hədiyyə apardı.
Bir müddət ötdükdən sonra dərviş şaha təşəkkür etmək üçün saraya yollandı. Onun gözü qəlyana sataşdı və əli ilə Kərimxana işarə edərək dedi: - Nə mən kəriməm, nə də sən. Kərim, yalnız Allahdır ki, həm mənim cibimi doldurdu, həm də sənin qəlyanını özünə qaytardı.


4647 بازدید
در حال ارسال اطلاعات...