Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2016

Rəhbər “ABŞ-a inanmaq olmaz” dedi, onlar isə...

Amerikanın nəzarəti altında 5+1 ilə imzalanmış nüvə razılaşması havada qalıb!
İran Mərkəzi Bankının rəisi Vəliyyullah Seyf bu günlərdə Nyu-Yorkda olub, ABŞ maliyyə naziri ilə görüşüb və nəhayət Bloomberg-ə müsahibəsində deyib: 16 yanvarda imzanlanmış Nüvə Razılaşmasının (Bərcam) İrana təqribən heç bir faydası olmayıb! (FNA)
Bəli, razılaşmanın faydaları barədə gurultulu bəyanatları bu faydanı hiss etməyən xalqın ittihamları etirafa çevirir. Razılaşmadan 3 ay ötsə də heç bir Avropa bankı İranla müamilə aparmaq istəmir və Amerikanın “razılaşmaüstü yaşıl işığını” gözləyir. İran Atom-enerji Təşkilatının sədri Salehi Al-Araby agentliyinə hələ də sanksiyaların qüvvədə olduğunu söyləyib.
İran xarici işlər naziri Məhəmdcavad Zərif Avropa İttifaqının İranda səfərdə olan xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə müştərək mətbuat konfransında Amerikanın dünya banklarına mane olduğunu, İranla əməliyyatlara icazə vermədiyini dilə gətirib.
Cənab Rəhbər Ayətullah Xameneinin prezident Ruhaniyə məktubuindan: Siz neçə onil İslam Respublikasının həyatında iştirak etdiyiniz üçün bilirdiniz ki, Amerika dövləti nüvə məsələsi və başqa məsələlərdə İrana qarşı düşmənçilik və təxribatdan başqa yol tutmayıb. Gələcəkdə də başqa yol seçəcəyi inandırıcı deyil..

Vilayet.info


6340 بازدید
در حال ارسال اطلاعات...