Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2016

Ayətullah Bürucerdi zalım hakimlə üzbəüz

Mərhum Bürucerdi möhürünü İmam Xomeyniyə vermişdi...
Ayeh.hmg.ir uzun zaman yeganə təqlid alimi (mərcəsi) olmuş Ayətullah-üzma Hüseyn Təbatəbai Bürucerdinin nəvəsinin söhbətlərini dərc edib:

Ayətullah Bürucerdi Rza şahın göstərişi ilə 3 aydan çox zindanda həbsdə oldu. Şah xəfiyyəsinə məlumat çatmışdı ki, alimdə şaha qarşı bir məktub var və onun sorağına getmişdilər. Amma mərhum Bürucerdi ələ keçənə qədər məktubu məhv edə bilmişdi. Həbsdə olanda Rza şah özü şəxsən iki dəfə alimin görüşünə gəlsə də, heç nə öyrənə bilməmişdi...
Şayiə yayırdılar ki, Ayətullah Bürucerdi İslam fədailərinə qarşıdır, İmam Xomeynini qəbul etmir. O da bir aylıq Məşhədə gedəndə düşmənin fitnəkarlığına son qoymaq üçün işlərini İmam Xomeyniyə tapşırmış, möhürünü İmama vermişdi.
Bürucerdi dünyasını dəyişəndə İmam Xomeynini dəfn mərasimində görməyən düşmənlər dərhal şayiə yaydılar ki, İmam mərhum Bürucerdiyə qarşıdır. Əslində İmam Xomeyni ağır xəstə idi və 25 gün xəstəlikdən sonra mərhum Bürucerdi üçün əza mərasimi keçirdi.

Vilayet.info


5367 بازدید
در حال ارسال اطلاعات...