Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2016

Müaviyələrin kənarındakı Əmr Asları gör!

Allaha təvəkkül və ətrafa diqqətlə hiylədən qorun...
İslam Peyğəmbəri (s) buyurur:

As övladlarının sayı 30 nəfərə çatsa Allahın dinini oyuncaq, Allahın bəndələrini qul edər, beytül-malı öz aralarında dolandırarlar...


إِذَا بَلَغَ بَنُو أَبِی الْعَاصِ ثَلَاثِینَ رَجُلًا اتَّخَذُوا دِینَ اللَّهِ دَغَلًا وَ عِبَادَ اللَّهِ خَوَلًا وَ مَالَ اللَّهِ دُوَلًا (ابن حیون مغربی، شرح الاخبار، ج 2، ص 149؛ طبرسی، اعلام الوری، ج 1، ص 97؛ محمد باقر المجلسی، بحارالانوار، ج 18، ص 126، باب 11، ح 36)



Bir gün Əmr As (Əmr ibn As) Müaviyədən çox dəyərli bir şey istəyir. Müaviyə deyir:
-Əmr, hansı ləyaqətinə görə sənin böyük istəklərini yerinə yetirməliyəm?!
Əmr As əsəbi halda cavab verir:
-Əmr As olmasaydı düçar olduğun dalğalı dəryanın dayaz yerində batardın...
Sözünü deyib gedir. Əmr Asın sözündən qəzəblənən Müaviyə yanındakılara şikayətlənəndə bir şəxs məsləhət verir:
-İstək üç məqsədlə yerinə yetirilir. Ya istəyən layiq olur, ya ağız açılan adam səxavətli olur, ya da ağız açanın şərindən qurtarmaq üçün onun istəyini yerinə yetirirlər...
Bu sözlər Müaviyənin ağlına batır. Əmr Asın şərindən uzaq olmaq üçün onun istəyini yerinə yetirir.

Vilayet.info


3892 بازدید
در حال ارسال اطلاعات...