Bir milyard müsəlmanın müqəddəsliklərini həyasızcasına təhqir edən bir yazıçıya etiraz bildirəndə, bunlar söz və etiqad azadlığının tərəfdarı olurlar
Düşmənin bütün təbliğatı və qalmaqal yaratması İslamda olan əsaslı məqamlarla bağlıdır. Siyasi dava-dalaşlar məsələnin kiçik hissəsidir. Daha mühüm hissə onların İslam düşüncəsində, İslam ideologiyasında, İslam görüşlərində və İslam məntiqində olan azadlıq, demokratiya və itaətkarlığa qarşı olan mübarizələridir. Bu, bizim üzərimizə ağır vəzifə qoyur.
Onlar azadlıq və demokratiyanın müdafiəçisi qiyafəsində yalan danışırlar; çünki Amerikanın bir çox dünya ölkələrinə hakim olduğu son 30-40 ildə, onlara baş əyən diktatorların və totalitar hakimiyyətlərin daim dayağı olmuşlar.
Avropada hicab əleyhinə qalmaqallara baxın. Azadlıq şüarları səsləndirmələrinə rəğmən, özlərindən qeyrisinin, özlərinə zidd olanın təfəkküründən kiçik bir görüntüyə, məhdud bir təzahürə belə dözümləri yoxdur. Bu, həmin imperialist ruhudur,
“Ey Şüeyb, səni mütləq ixrac edəcəyik!” (Quran, Əraf, 88) təfəkkürüdür. Yəni bizim fikrimizə qarşı danışırsansa, sənə əsla dözməyəcəyik.
Fransada və bir sıra Avropa ölkələrində “başörtüyü müharibəsi” adlanan tendensiya, əslində Qərb mədəniyyəti başçılarının İslam mədəniyyətinin ildırım kimi sıçrayışı və İslamın günbəgün artan nüfuzunun əlaməti saydıqları fenomenlərə qarşı tələsik və qeyri-peşəkar mübarizəsidir. Onlar bu məsələyə qarşı mübarizədə səbir və təmkinlərini o qədər əldən verirlər ki, ölkə başçıları birdən bir neçə inanclı qız uşağının və bir neçə dindar müsəlman ailəsinin müqabilində mübarizə məqamında görünür. Bunlar o kəslərdirlər ki, azadlığı və şəxsi seçimləri riyakarcasına müdafiə fəryadları dünyanın qulağını kar edib.
Bir milyard müsəlmanın müqəddəsliklərini həyasızcasına təhqir edən bir yazıçıya etiraz bildirəndə, bunlar söz və etiqad azadlığının tərəfdarı olurlar. Amma söhbət öz dini etiqadına uyğun geyinmək istəyən müsəlman qadından və ya qızdan düşdükdə, fərdi azadlıqlar yaddan çıxır, hər bir şeyin rəngi dəyişir, əxlaq əleyhinə, azadlıq və fərdi haqlar əleyhinə hər növ hərəkət mürtəceliklə mübarizə adlandırılır.
Bu arada bəzi ölkələrdə, eləcə də bəzi Avropa ölkələrində yaşayan müsəlman azlıqlara işarə etmək lazımdır. Öz müsəlman kimliklərini qorumaq istəyən bu müsəlmanlara göstərilən təzyiq, Qərbin həmişə dəm vurduğu demokratiya və azadlığı ifşa edir.
Ayətullah Seyid Əli Xamenei