Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2016

Cəfəngiyyat danışmaq Kerrinin xasiyyətidir!

Doktor Vilayəti gündəmin mövzularına münasibət bildirir
Cənab Rəhbər Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib:
Çin 1949-cu ildə yaradıcılıqla müdafiə sistemi və iqtisadiyyatını qurdu. Buna görə də gələcəyi işıqlıdır. Bu yolu gedirik...
Regionumuz heç vaxt belə böhranlı olmayıb. İran məntəqənin yeganə sabit ölkəsidir...
Cənab Kerrinin xüsusiyyətlərindən biri cəfəngiyyat danışmaqdır. Arabir regiona gəlir, xatirə şəkilləri çəkdirir, heç bir əsassız cəfəng sözlər danışır. Con Kerridən qabaqkı xarici işlər naziri xanım Klinton etiraf etmişdi ki, İŞİD-i Amerika yaradıb. Belə bir bəyanatdan sonra Suriyada terror tərəfdarı Amerika olur, yoxsa İran?!
İran BMT-nin rəsmən tanıdığı Suriya dövləti və qanuni prezident Bəşar Əsədin istəyi ilə terrorla mübarizəyə kömək edir. Kerri reallığı həyasızcasına təhrif edir, vətənini qoruyan Hizbullahı terrorçu adlandırır. Hansı ensiklopediyada vətənini qoruyan terrorçu sayılır?!
Əsəd Amerikaya müqavimət göstərib, iqamətgahı hədəfə alınanda da duruş gətirib. Amerika Suriyada əlaltı rejim qurmaq istəyir.
Kerri Zərifə deyib ki, siz İraqa hərbi yardım edirsiz. Zərif cavab verib ki, bəli, biz yardım edirik, əgər etməsəydik siz İŞİD-çi dostlarınızla əlaqə üçün Mosul yox, Bağdada zəng vurardınız!!

Vilayet.info


6236 بازدید
در حال ارسال اطلاعات...