ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA - Central Intelligence Agency) Suriya prezidenti Bəşar Əsədin hakimiyyətdən uzaqlaşdırılması üçün CİA-da 50 layihə hazırlandığını, amma prezident Barak Obamanın bu layihələri qəbul etmədiyini bildirib. Məlumata əsasən, Obama 2011-ci ildə Əsədin hakimiyyətdən getməsi zərurətini açıqlayıb. Prezidentin bəyanatından dərhal sonra CİA-da xüsusi bir qrup layihələr üzərində işə başlayıb. Maraqlıdır ki, qrup 50-yə yaxın dəqiq işlənmiş əməliyyat planı hazırlasa da prezident heç bir layihəni qəbul etməyib.
CİA-nın açıqlamasından belə təsəvvür yaranır ki, ABŞ Əsədin hakimiyyətdən getməsi üçün heç bir addım atmayıb, hətta Obama buna qarşıdır!! Bu günə qədər terror şəbəkəsinə yardımlar, dəstəklər üzərindən sükutla ötürlər. Olsun ki, Obama 50 layihəni rədd edib. Amma bu, Obamanın Əsədə dəstəyi mənasına gəlmir, sadəcə Obamanın 51-ci layihəsi ola bilər.
Vilayet.info