Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2016

Loğmanın (ə) övladına nəsihəti

"Hər kəs yersiz mübahisə etməyi sevərsə, təhqir eşidər"
İmam Muhəmməd Baqir (ə) buyurur: “-Loğman (ə) öz öğluna nəsihət olaraq söylədiyi bunlardır:

- Oğlum! Elə yaxın olma [insanlara] ki, [onların qəlblərindən] uzaq düşəsən. Elə də uzaqlaşma ki, xar olasan.

- Hər bir məxluq öz tayı ilə dostluq edər, yəqindir ki, adəm övladı da öz tayı ilə dostluq edər.

- Etdiyin yaxşılığı [yaxud malını] müştərisindən başqa kimsənin önündə açıqlama. Qurdla quzunun dostluq və yoldaşlığı mümkün olmadığı kimi, gözəl əxlaq sahibinin əxlaqsızla dostluq və yoldaşlığı baş tutmaz.

- Hər kəs pis yerlərə daxil olarsa, töhmət olunar.

- Hər kəs pis dostla yoldaşlıq edərsə, sağlam qalmaz.

- Hər kəs dilinə sahib çıxmazsa, peşman olar.


“Qəsəsul-Ənbiya”, səh. 190, həd. 239
“Biharul-Ənvar”, c. 13, səh. 417


5063 بازدید
در حال ارسال اطلاعات...