Mərhum Ayətullah Şahabadinin şagirdlərindən biri nəql edir ki, ustad minbərdə insan olmaq iatəyənlərin azlığından gileyləndi. Məclisdən sonra tələbə dostlarla hüzuruna gedib dedik ki, insan olmaq istəyirik. Ustad buyurdu: Sizə üç tövsiyəm var. Əgər bu tövsiyələrə əməl edib nəticəsini görsəniz davamı olacaq. (mehremarefat.ir)
1.Namazı ilk vaxtda qılın. Azanı eşidən kimi əlinizdəki işi saxlayıb namaza tələsin. İmkan həddində cəmiyyətlə namaz qılın.
2.İşinizdə, alverinizdə insaflı olun. Ən az qazancdan razı qalın. Müştərilərə münasibətdə tanışla tanımadığınız, şəhərli ilə əyalətli adam arasında fərq qoymayın.
3.İlahi haqların ödənməsində (məsələn, qəzaya getmiş oruc) ilin sonuna qədər məsumlardan möhlətiniz olsa da, hər ay bu haqqı əda edin.
Vilayet.info