Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2014

“Səbr və namazdan kömək istəyin”

Müqəddəs Qum şəhəri İkinci Dünya Müharibəsi zamanında aclıq və quraqlıqdan əziyyət çəkirdi. Torpaqlar qurumuşdu, bağlar məhv olmaq üzrə idi. İnsanlar məhdudiyyət və çətinlikdə idi. Yağışın yağması üçün yalnız bir yol vardı. İslamın mühüm göstərişlərindən biri olan yağış namazı.
Az adam tapılardı ki, bu işi görməyə cürət etsin. Bir kəs olmalı idi ki, mələkut aləminə bağlılığı olsun.
O kəs ki, kəmalına güvənən və bu yola qədəm qoymağa cürətli olan, o zamanın təqlid mərcəsi mərhum Ayətullah Hacı Seyid Məhəmmədtəqi Xansari idi. O şəxs ki, dəfələrlə işğalçıları dəf etməkdə cihad meydanına atılıb və müsəlmanların haqqını tələb etmək üçün çox çalışıb.
Çoxlu insan ağlayaraq, ayaq yalın millətin rəhbərinin yaşadığı məntəqəyə tərəf hərəkət edirlər.
Bir müddətdir ki, Müttəfiqlər Qum şəhərində idilər və Qumda olan ağır vəziyyətlə yaxından tanış idilər. Küfr ordusunun ayrı təsəvvürü, haqq aşiqlərinin isə ayrı məqsədi vardı. Küfr ordusu cəmiyyətin niyyətini başa düşdükdən sonra təəccüblənirlər. Necə ola bilər ki, cəmiyyət bir alimin vasitəsilə göydən yağış yağdırsın?
Yağış mərasimini yerinə yetirdikdən sonra, üç gün ərzində sel kimi yağış yağır. Namazdan sonra yağışın yağması mühüm bir hadisə kimi bütün şəhərə yayılır. Mən özüm yağış namazında iştirak edənlərlə görüşdüm və əhvalatı onların öz dilindən eşitdim.
Onun məzar daşının üstündə bu hadisə yazılıb ki, hamı bilsin, mühüm ilahi göstəriş olan namaz bir çox problemləri Allahın izni ilə həll etməyə qadirdir. Əgər o qüdrətə malik olmasaydı Allah-Taala əmr buyurmazdı: “Səbr və namazdan kömək istəyin.”

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



5553 بازدید
در حال ارسال اطلاعات...