FNA.com xəbər verir ki, Newsweek-in fevral ayından İranda səfərdə olmuş müxbiri Janine di Giovanni sürətlə dəyişən İran haqqında təəssüratlarını oxucularla bölüşüb.
Janine di Giovanni yazır:
İran xalqı Vaşinqtonun niyyətinə şübhə edir...
Tehran sürətlə dəyişməkdədir. Dünya ölkələri İranın tarix və mədəniyyəti ilə tanış olmaq istəyir...
Avropadan çoxsaylı heyətlər ticarət əlaqələri yaratmaq üçün Tehrana axışır. Tehranda otellərin kafişaplarında xaricilərin qızğın müzakirələri gedir...
Mən İrana Türkiyədən gəlməyə məcbur oldum. Amma Paris-Tehran aviareysinin bərpası üzərində iş gedir... Parisdəki dostlarım İran görmək arzusundadır.
Nə qədər ki, dünya brendləri İranı bürüməyib və İran da dünyanın oxşarı olmayıb, bu ölkəni görmək lazımdır...
Tehranın şimalı çox cazibədardır. Bu kvartallarda əhali bir neçə dildə danışır, binalar bahalə mərmərdən libas geyib, məşhur markada maşınlar, geyimlər baş gicəlləndirir...
Nümayişlərdə Amerikaya ölüm şüarı verənlərlə söhbətdə mənə dedilər ki, bu şüar Amerikaya ölüm arzusu yiox, Amerika hökumətinin İrana təzyiqlərə son qoyması üçün çağırışdır... Bəli, İran xalqı Vaşinqtonun səmimiyyətinə şübhə edir!
Vilayet.info