Stratfor Amerika və İsrailin arzularını analitik proqnoz kimi təqdim edir
Independent ABŞ-ın şəxsi analitik-kəşfiyyat firması Stratforun dünyanı hədələyən on mühüm proqnozundan yazır
1.Rusiya hökumətinə qarşı qiyam qalxacaq. Nəticədə Rusiya kiçik dövlətlərə parçalanacaq. RF yarımmuxtar vilayət şəklinə düşəcək...
2.ABŞ Rusiyanın nüvə infrastrukturlarını dağıdacaq. Bu texnologiyaların nəzarətdən çıxmış qrupların əlinə düşməsi mümkündür...
3.İqtisadiyyatı ixracat üzərində qurulmuş Almaniya Avropa Birliyinin yaşadığı böhranlar səbəbindən Yaponiyanın tarixi süqutunu yaşayacaq. Qarşıdakı 10 il almanlara yaxşı heç nə vəd etmir...
4.Polşa iqtisadi və siyasi baxımdan güc mərkəzinə çevriləcək. Şərqi Avropaya nəzarət Polşanın əlinə keçəcək...
5.Avropa ölkələri vahid iqtisadi, siyasi, hərbi gücə çevrilmək istəsə də qarşıdakı 10 ildə Avropa 4 hissəyə bölünəcək: Qərbi Avropa, Şərqi Avropa, Skandinaviya və Britaniya adaları...
6.Böyük qalmaqallar və böhranlardan Türkiyə öz xeyrinə faydalanacaq. Türkiyə Amerika ilə ittifaqdan yararlansa da, Amerika bunun əvəzində Qara dənizə nəzarəti ələ alacaq...
7.Çin iqtisadiyyatının zəifləməsi ölkədə müxalif qüvvələrə şans yaradacaq. Çin böyük iqtisadi böhran yaşayacaq...
8.Yaponiya ətraf su hövzələrində lider qüvvəyə çevriləcək. Bunun əsas səbəbi kimi zəifləmiş Amerikanın su hövzəlrinə nəzarət edə bilməməsi göstərilir...
9.Çin ətrafında su hövzələrinə nəzarət uğrunda Rusiya, Çin, Yaponiya arasında gərginlik artacaq...
10.Hazırda dünyadakı hərbi balans pozulacaq, Amerika dünyaya nəzarət etmək iddiasından əl çəkəcək. Bu isə dünyadakı bəzi qüvvəlrin proqnozlaşdırılmayan hərəkətlrinə yol acacaq.
Vilayet.info