Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2016

Nacinslə yoldaşlıq etdiyim üçün yanıram

Yalançıyla dost olmaqdan çəkin, çünki o, həmişə ilğım kimidir, yaxını uzaq, uzağı isə yaxın göstərəcək
“Məsləkul-ürəfa” kitabında yazılıb: Bir nəfər arif bir şəxsin görüşünə gəlir. Arifin yaşadığı yerə daxil olanda onun kiminləsə danışdığını eşidir. Amma yaxınlaşanda orada arifdən başqa heç kimin olmadığını görür. Amma arifin yanında bir miqdar qızıl, şüşə, yanan şam, yanan ney var idi. Şəxs arifə yaxınlaşıb dedi: - Kiminlə danışırdın? Arif: - Gördüyün bu əşyalarla. O dedi: -Bunlar cansız əşyalardır və danışa bilmirlər. Arif cavab verdi: - Sən onların danışığından qafilsən.
“Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!” (“İsra” surəsi, ayə 44.)
Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (“Hədid” surəsi, ayə 1.)
“Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (“Həşr” surəsi, ayə 1.)
“Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün) hökmdarı (sahibi), müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şəninə təriflər deyər!” (“Cumə” surəsi, ayə 1.)
“Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!” (“Təğabun” surəsi, ayə 1.)
Onlar dilsizliyi ilə danışırlar. Onlarla nə danışırdın deyə soruşduqda arif dedi:
Qızıldan soruşdum ki, sən bu izzəti haradan qazanmısan? Sənə görə ölkələr bir-birinə hücum edir, insanlar bir-birinə düşmən kəsilir, səni ələ keçirmək üçün candan keçirlər, səni canları bahasına qoruyub, ən əziz yerlərdə saxlayırlar? Bu əzizlik necə hasil olub?
Qızıl cavab verib deyir: Mən mədən idim. Bütün canlılar məni ayaq altda qoyur, tapdalayırdılar. Mən, Allah qarşısında zəlilliyimi seçdiyim və qəbul etdiyim üçün Allah mənə bu izzəti bağışladı, hamının yanında hörmətli oldum. O qədər yoxluqda əzildim ki, axırda var oldum.
Şüşədən soruşdum, necə oldu ki, sən belə əziz olmusan, bütün yaxşı şərbətləri, gözəl ətirləri, yaxşı yağları, lətif cövhərləri səndə saxlayır və səni yuxarı yerlərə qoyurlar?
Şüşə cavab verərək deyir: Çünki mənim zahirimlə batinim eynidir, içim sağlamdır, daxildə bir cür, üzdə ayrı cür olub insanları aldatmıram. Ona görə də bu izzət mənə verilmişdir.
Şamdan soruşdum ki, nə üçün yanırsan?
Şam cavab verərək dedi: Mən mumam və bal arısından əmələ gəlmişəm. Bal arısı gül-çiçəkdən qidalanır, halal və pak olan hissəsi bala çevrilir, haram hissəsi isə mum olur. Mən haramdan əmələ gəldiyim üçün yanacağam.
Şamın fitilindən soruşuram ki, bəs sən niyə yanırsan? Axı sən mumun cinsindən deyilsən, niyə yanmalısan?
Cavab verərək deyir: Bir müddət nacins yoldaşla həmrah olduğum üçün yanıram.
Bacardığın qədər qaç pis adamdan,
Pis dost ağrılıdır əfi ilandan.
Əgər dişləyirsə ilan canını,
Pis dost oda çəkir din-imanını.

İmam Səccad (ə) insanları beş dəstə ilə dostluq və yoldaşlıq etməsindən çəkindirərək buyurur: “Ey övladım, beş dəstəyə diqqətlə bax, onlarla dost, həmsöhbət və həmsəfər olma, yoldaşlıq belə etmə:

1. Yalançıyla dost olmaqdan çəkin, çünki o, həmişə ilğım kimidir, yaxını uzaq, uzağı isə yaxın göstərəcək;
2. Günahkarla (tamahkar) dost olmaqdan çəkin, çünki o, səni bir loğmaya və ya ondan da ucuz satar;
3. Paxılla dost olmaqdan çəkin, çünki ona ehtiyacın olduğu zaman səni tərk edər;
4. Nadanla yoldaş olmaqdan çəkin, çünki sənə xeyir vermək istədiyi halda ziyan vurar;
5. Yaxınları ilə (qohum-əqrabasıyla) əlaqəni kəsənlə dostluqdan çəkin, çünki onun kimilərini Qurani-Kərimdə lənətlənmiş görmüşəm”.
İmam Sadiq (ə) belə buyurmuşdur: “Atam məni üç şeylə tərbiyə etdi… Buyurdu ki: Ey oğlum! Kim, pis yoldaşla otursa, sağlam qalmaz; kim sözlərinə diqqət yetirməzsə, peşman olar; kim pis yerlərə gedərsə, töhmət altında qalar. ”
Neydən yanmağının səbəbini soruşduqda belə cavab verdi:
Mən yalan iddialarıma görə yanıram. Mənə deyirlər ki, ey yalançı, sən deyirsən mən neyəm (ney farsca, yoxluq mənasını verir), amma budaq və yarpaq çıxarırsan. Yox olan bir şeyin əsəri də olmamalıdır.
“Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?” (“Səf” surəsi, ayə 18.)


5402 بازدید
در حال ارسال اطلاعات...