
Cənab Rəhbər Ayətullah Xamenei Təbriz əhalisi ilə görüşdə buyurub:
İngiltərə radiosu Tehran əhalisinə kimi seçməyi öyrədir. İranın işlərinə müdaxilə üçün darıxıblar. Bir zaman ölkənin şahı bir məsələ ilə üzləşəndə İngiltərənin səfirindən soruşurdu ki, nə iş görsün. Sonra amerikalılar, daha sonra hər ikisi! Bu gün həmin əllər kəsilib. İnqilab, xalqın oyanışı hesabına müdaxilələrin qarşısı alınıb. İndi radio ilə yol göstərirlər. Xalq oyaq olsun, düşməni tanısın deyiriksə, səbəb budur...
Düşmənlərimiz heç nədən çəkinmir. Onların başında qərb dövlətləri və güclərinə hökmranlıq edən sionist şəbəkə dayanır. Xüsusilə Amerikaya hakimdirlər. Sionist şəbəkə deyirəm, rejim yox. Rejim özü Amerika imperializminin bir parçasıdır. Onlar biznes əhli, dünyanın ən pullu adamlarıdır. Dünyada təbliğat onların əlindədir. Banklar onların əlindədir. Onlar bir çox ölkələrə, Amerikaya, Amerikanın siyasətinə nəzarət edir. Amerika onların istəyi əsasında hərəkət edir. Onların qarşısında oyaq olmaq lazımdır...
Ayətullah Xamenei
Vilayet.info