Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Ailə qurmaq çətin olub

Qərb ölkələrində ailə institutunun dağılmasının öz səbəbləri var. Din və əxlaqdan uzaqlıq qərbdə insanları tənhalığa aparan əsas səbəblərdəndir. Maraqlıdır ki, nə üçün müsəlman ölkələrində ailə qurmaq problemə çevrilib? Doğrudanmı İslam izdivacı çətinləşdirir? Şübhəsiz ki, maddi və mənəvi (məna) aləmdə səbəbsiz hadisə yoxdur. İnsanın inkişaf və ya süqut amili nədir? Fərdi və ictimai həyatda müvəffəqiyyət amilləri hansılardır? Biz uğur qazananda İslam sayəsində qazanırıq, yoxsa İslam bizi uğursuzluğa aparır? İslam göstəriş verir ki, halal yeyin, haram tikə sizin şəxsiyyət və rəftarlarınıza mənfi təsir göstərir. Əgər müsəlman ölkəsində bir şəxs iş vaxtından oğurlayırsa, ticarətdə əskik və baha satırsa, qohumbazlıq və dostbazlıq rol oynayırsa, sələm və rüşvət gündəmdə olursa bu İslam hökmlərinə riayət olunmamasından qayanaqlanır. İqtisadiyyatda, təhsildə, ədliyyə işlərində rüşvət və tanışlıq rol oynayır və bu üzücü haldır.

İslam göstəriş verir ki, övladlarınızı uşaq yaşından dinlə tanış edin. Bizə deyiləndə ki, qız övladınızı 7 yaşından hicaba alışdırın narazı qalırıq. Onun rəqs etməsi, mahnı oxuması bizə ləzzət verir. Düşünmürük ki, belə tərbiyə onun mənəviyyatını zülmətə çəkir. Ana dilini bilməyən üç yaşlı uşağa ingilis dili öyrətmək, yeriyə bilməyəni üzdürmək istəyirik. Düşünmürük ki, bütün bunlardan qabaq düzgün dini tərbiyəyə ehtiyac var.

İslam göstəriş verir ki, övladlarınızın cinsi istəyi özünü göstərəndə onların ailə qurmasına çalışın. Bizimsə sözümüz budur ki, övladım uşaqdır, onun ailə qurması zülmdür. Hansı ki övlad cinsi yetkinliyə çatdıqdan sonra izdivac etmədikdə pərdə arxasında filmlər, fotolar və başqa yollarla öz istəklərini təmin etmək istəyir.

Qızların vaxtında ailə qurması daha mühümdür. Çünki qızlar daha erkən yaşda büluğ həddinə çatır. Əgər fiziki və psixoloji baxımdan ailə qurmağa hazırlıq varsa bunu yubatmaq olmaz. 18 yaşlı qız haqqında "hələ uşaqdır" deyirlər. Bu gün bu yaşda ailə qurmamış qızların fürsət yarandıqda oğlan-dostla əlaqə qurmasına şahid oluruq. Bəziləri qızın təhsilini onun ailə qurmasından mühüm sayır. Hansı ki təhsil ardınca gedən qız azı 24 yaşına qədər subay qalır. Aydın məsələdir ki, insan ruhunun aramlığında cinsi istəyin təmini təhsildən daha mühümdür. İslam gənclərin izdivacı üçün çətinlik yaratmamağı tapşırır. İslamda ailə mehr-məhəbbət üzərində qurulur. Ağır mehriyyə, bahalı cehiz, çox xərc aparan toy mərasimləri İslamda bəyənilmir. Təəssüf ki, cəmiyyətimizdə izdivac üçün cəvahirat, mebel dəstləri, mətbəxt dəstləri və bu qəbildən böyük xərclər aparan tələblər gənclərə mane olur. Artıq cehizdə meyvə suyu çəkən xarici markalı maşınlar, musiqi alətləri də yer alıb.

İslam deyir ki, ailənin sağlam olması üçün gənclərin sağlam olması bəs edər. Əgər oğlan və qızın imanı, əxlaqı qənaətbəxşdirsə artıq ailə qurmaq yolunda problem yoxdur. Bizsə bunu qəbul etmirik. Düşünürk ki, ailə qurmaq üçün məsələn şəxsi ev olması zəruridir. Oğlanın sabit iş yeri olmalıdır, guya belə olmasa ailə qurmaq olmaz. Təbii ki, ailə quran gənclər bir evdə yerləşməlidir. İslam demir ki, gənclər parkda yaşamalıdır. Amma bu evin şəxsi olması zəruri deyil. Bu gün dünyanın əksər ölkələrində insanlar icarəyə yaşayır. Əgər gənc ailədə tələbkarlıq olmasa kiçik bir məbləğlə ailə həyatına başlamaq olar. Bundan ötrü daimi iş yeri və böyük məbləğdə maaş vacib deyil.

İzdivaca mane olan əsas problemlərdən biri ailə qurmazdan qabaq cinsi tərbiyədə yaranan büdrəmələrdir. Gənc oğlan və qız üçün toy günü sehirli bir dünyaya açılan qapı kimi olmalıdır. Əgər gənclər ailə qurana qədər istənilən bir formada cinsi ehtiyacın təmininə gedibsə bu addım ailə sütunlarının möhkəmliyinə mane olur. Qırx dərəcə istidə, kartof-soğan almaq üçün evdən çıxan gəncin görkəmi və libasına baxanda çox suallar yaranır. Bilmək olmur ki, bu gənc bazarlığa gedir, yoxsa zifaf otağındadır. Açıq-saçıq, dar və nazik geyimlər həya pərdəsini yırtır, artıq bir cins üçün müxalif cinsə aid maraqlı nəsə qalmır. Xarici filmlərə baxır və bu filmlərdən əxlaqa zidd geyim modları götürür, əxlaqdan uzaq həyat tərzinə maraqlanırlar. Bu gün müsəlman ölkələrində Pris və Londonda görünməyən makiyajlar görmək olar. Bir zaman qəhrəmanlığı vətən və qeyrət yolunda vuruşmaqda görən gənclər bu gün zahiri görkəmi ilə tanınmağa çalışır. Oğlanlar geyiminə görə bir növ qızları xatırlatmağa başlayıb.

İslam göstəriş verir ki, gözünüzü naməhrəmə baxmaqdan qoruyun. Təəssüf ki, cəmiyyətdə özünü nümayişə qoymaq adi hal alıb. Texnoloji inkişaf evdə qapalı mühitdə əxlaqdan kənar görüntülərin izlənməsi üçün rahat şərait yaradıb.

İslam zinanın, qanunsuz cinsi əlaqənin qarşısını almaq üçün qanuni yollar təklif edir. Bu yollardan biri də müvəqqəti izdivacdır. Maraqlıdır ki, İslam düşmənləri zinanı azadlıq kimi qəbul edir, müvəqqəti izdivacı əxlaqsızlıq kimi təqdim etməyə çalışır.

Yuxarıda deyilənlərdən aydın olur ki, İslam nəinki izdivaca problem yaratmır, hətta izdivac yolunu asanlaşdırır. Əgər bu gün cəmiyyətimizdə ailə qurmaq çətin olubsa, bunun səbəblərini şəxsi maraqlarımızda, əsassız adətlərdə axtarmalıyıq.

Nur-az.com


6681 بازدید
در حال ارسال اطلاعات...