Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2016

Düşmən açıq iş görə bilmədiyindən dost libasında zərbə vurur...

Ayətullah Xamenei HHQ zabitləri ilə görüşdü
Cənab Rəhbər Ayətullah Xamenei Hərbi Hava Qüvvələri Günü, şah rejimi HHQ-nin homafəranlarının İmam Xomeyniyə (r) beyət ildönümü günü münasibətilə görüş keçirib. (mehrnews.com)

Ayətullah Xamenei buyurub:

Seçkilər izdihamlı olanda, bütüm xalq seçkiyə qatılanda ölkə, İslam Respublikası ucalır, sığortalanır... Əgər İslam Respublikasına yardım göstərsəniz, Allah da sizə yardım göstərər...
İnqilabın başlanğıcından bu günə qədər dünyanın maddi baxımdan ən güclü dövlətləri İslam Respublikasına qarşı çıxsalar da bir iş görə bilməyiblər...
Dövlət məsulları mətbuata, seçki təbliğatına aludə olmasın. Seçkilər onların diqqətini xidməti məsələlərdən yayındırmasın... Məsullar qarşısında dayanan ən mühüm məsələlərdən biri iqtisadiyyatı gücləndirməkdir. Yol vermək olmaz ki, düşmən iqtisadiyyat vasitəsilə öz məqsədlərinə çatsın...
Ölkə iqtisadiyyatı daxildən möhkəmlənsə, işsizlik, infilyasiya kimi hallar aradan qalxar. İran kimi əzəmətli bir ölkənin xaricdən meyvə idxal etməsi xəcalət doğurur. Diqqəti, gücü idxala yox, istehsala yönəltmək lazımdır...
Düşmən təbəssüm göstərir. Görün bu təbəssüm arxasında dayanan nədir? İqtisadiyyat, mədəniyyət, ictimai problemlər sahəsində düşmən cəbhə ilə üzbəüzük. Düşmən açıq iş görə bilmədiyindən dost libasında zərbə vurur...

Vilayet.info


5950 بازدید
در حال ارسال اطلاعات...