Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2016

Buşu İrana hücuma təhrik edən karikaturaçı və ya Sem dayı kimdir?

ABŞ dəniz piyadalarının dizə çökməsi ağır dərd olub!
Amerikada və dünyada 1 saylı islamafoblardan sayılan karikaturaçı Mişel Patrik Ramires İran su sərhədlərini pozmuş ABŞ dəniz piyadalarının SEPAH döyüşçüləri qarşısında dizə çökməsindən çox qəzəblənib (mashreghnews.ir). Həmişə İslam müqəddəsliklərini öz karikaturalarında təhqir edən Mişel bu dəfə məşhur SEM DAYInı da dəniz piyadaları sırasında ətsvir edib (LA Times). Bu bir növ Amerikanın təcavüzkarlığının etirafıdır...

Bəs Sem dayı (ya əmi) kimdir?
Ceyms Montqomeri Flaq tərəfindən 1917-ci ildə çəkilmiş posterdə Sem dayı amerikalı gəncləri Birinci Dünya Müharibəsində iştirak etməyə çağırırdı. Sem dayı (ing. Uncle Sam) — ABŞ-ın dünyada qəbul edilmiş qeyri-rəsmi simvoludur. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehitimal edilir. Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı.
Amerikada gündəlikdə işlədilən «Sem dayıya lazımdır...», yaxud «Sem dayı istəyir ...» kimi ifadələr hükumətin ironik və komik obrazını yaratmaq məqsədi daşıyır... Sem dayı obrazı Amerikanın imperialist arzularının illustrasiyası kimi istifadə olunur. Bu zaman obrazı qəddar qoca kimi təsvir edirlər. Anti-amerika nümayişlərdə ABŞ bayrağı ilə birlikdə Sem dayının müqəvvası da yandırılır.

Vilayet.info


7185 بازدید
در حال ارسال اطلاعات...