Salam olsun Sənə, ey haqqın geniş rəhməti!
İmam Mehdi (əc) aləmdəkilərə geniş rəhmətdir...
Məhdəviyyətçi alim höccətülislam Abbas Ramazan Əlizadə (shabestan.ir) deyir:
Hazırkı dünyada Allahdan sonra “geniş rəhmət” adı (وَالرَّحْمَةُ الْواسِعَةُ ) yalnız İmam Mehdi (əc) haqqında işlədilib. Bu ifadə ilə Xanım Fatimeyi-Zəhraya (s.ə) gələn Lohv hədisində rastlaşırıq... Bu hədisdə bütün imamların adı sadalanır, sonda “dini kamil edərəm Həsən Əsgərinin aləmlərə rəhmət övladı ilə” – buyurulur.
Ali-Yasin ziyarətində oxuyuruq: Salam olsun Sənə ey ucalmış bayraq, ey süzülən elm, ey insanların harayına çatan, ey geniş rəhmət... (اَلسَّلامُ عَلَیْكَ اَیُّهَا الْعَلَمُ الْمَنْصوُبُ وَالْعِلْمُ الْمَصْبُوبُ وَالْغَوْثُ وَالرَّحْمَةُ الْواسِعَةُ)
İmam Əli (ə) buyrur: Zühur dövründə Cəbrail Suriya məscidinə nazil olub divara yazar: “Ey Məhəmməd ümməti, fəryada çatan gəldi! Qurtuluş günü çatdı, Mehdi gəldi! İndi o Məkkə xaricindədir. Ona cavab verin, ona itaət edin!”
Ğəvs (غَوْثُ) – fəryada çatan ifadəsi Allah və Onun övliyaları, Peyğəmbər və imamlar haqqında işlədilib. “Geniş rəhmət” isə yalnız Allah, Peyğəmbər (s) və Mehdi (əc) haqqındadır. Dünyada isə yalnız Allah və İmam Mehdi (əc) haqqında!
İnsanın qəlbi riqqətə gələndə rəhmət özünü göstərir. İnsanın insana mərhəməti qəlbin riqqətə gəlməsi ilə mümkün olur. Allahın rəhməti isə belə deyil. Allahın halı dəyişmir və onun rəhməti ehtiyacların aradam qaldırılmasında özünü göstərir...
Geniş rəhmət Ənam surəsinin 12-ci ayəsində Allah-Taalaya aid edilir. Ənam surəsinin 147-ci, 165-cı ayələrində də Allahın geniş rəhmətinə işarə olunur...
Allah-Taala peyğəmbərə buyurur ki, biz səni aləmlərə rəhmət olaraq göndərdik.
İmam Sadiq (ə) buyurur: İmam Mehdi (əc) Məkkədə zühur edəndə yerinə canişin təyin edib Məkkədən çıxar. Məkkədə onun canişini qətlə yetirilər. İmam Məkkəyə qayıdıb ikinci canişini təyin edər. Onu da qətlə yetirərlər. İmam Məkkəyə bir dəstə köməkçisini göndərib əmr edər ki, iman gətirməyənləri öldürün!
Vilayet.info