Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2016

İslam incəsənətə təşviq edir!

Ayətullah Xamenei Fiqh və İncəsənət Konfransının təşkilatçılarını qəbul edib
Şəmsi 1394, 21 dey tarixində Müqəddəs Qum şəhərində Fiqh və İncəsənət (İncəsənət Fiqhi) Konfransı keçirilib. Konfrans işini başa çatdırandan sonra Cənab Rəhbər Ayətullah Xamenei tədbirin təşkilatçılarını qəbul edib. Cənab Rəhbər buyurub:
İctimai həyatın, insan həyatının bütün sahələri fiqhdə işıqlandırılmalıdır. İncəsənət də fiqhin məşğul olacağı sahələrdən biridir...
İncəsənət mübarək və insani bir işdir. İncəsənət güclü təxəyyül, böyük zövq məhsulu, insan həyatının bir hissəsidir. Fəqihlər arasında, hövzədə şeir və ədəbiyyat sahəsində böyük sənətkarlar olub...
İslam nəinki incəsənəti qəbul edir, hətta insanları incəsənətə təşviq edir. Bu müddəanın tarixi sübutları var... İncəsənətlə bağlı bəzi fitvaları diqqətlə araşdıranda yeni nöqtələr əldə etmək olar...
Fiqhi inzibata ciddi diqqət yetirməklə ümumi atmosferdən təsirlənməmək lazımdır. Kitab və sünnəyə müraciət etməklə incəsənət fiqhi sahəsində nəticə əldə etmək olar... Bu işdə sürətli olmaq lazımdır...

Vilayet.nuraz.in


7142 بازدید
در حال ارسال اطلاعات...