İkiqat dünya çempionu, olimpiya mükafatçısı (2012-ci il London olimpiyadası, bürünc medal) Kianuş Rüstəmi İranın bir qrup tanınmış idmançısı ilə Cənab Rəhbər Ayətullah Xameneinin qonağı olub (mehrnews.com). Ağır atlet görüşdən sonra deyib: Bir qrup tanınmış idmançı ilə birlikdə ağırlıq qaldırma üzrə idmançıların nümayəndəsi olaraq Cənab Rəhbərlə görüşmək iftixarı qazandıq. Əvvəllər Cənab Rəhbərin görüşündə olsam da, bu dəfəki görüş fərqli idi. Əvvəla mən ağır atletlərin nümyəndəsi olaraq xüsusi qəbul edildim. Əvvəlki görüşlərdən birində Cənab Rəhbər çəfiyəsini (müqavimət simvoluna çevrilmiş ərəb şalı ) mənə hədiyyə vermişdi. Çox istəyirdim ki, medal kolleksayamda çəfiyə ilə yanaşı Rəhbərin üzüyü də olsun. İnanmırdım bu arzuma çatacam. Görüşdə fürsət tapıb arzumu Cənab Rəhbərə bildirdim. Əvvəlki görüşdə olduğu ikimi üzüyünü çıxarıb mənə hədiyyə etdi...
2015-ci il Amerika çempionatının gümüş mükafatçısı deyir: Rəhbərlə görüşdə ona şəhidlərin fotosu və adı olan tablo hədiyyə etdik. Cənab Rəhbər təşəkkür edib buyurdu: Sizin məzlum fələstinlilərlə həmrəylik göstərib sionist rejim idmançıları ilə müsabiqəyə qatılmamağınız məni cox məmnun edir. Medal almaq şansınız olduğu halda etiqadınıza görə görüşdən imtina edirsiniz...
Vilayet.nuraz.in