Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2016

Şəhid övladının Ayətullah Xameneiyə sualı

İcra işlərinin eybi yoxdur, amma...
Yaxın keçmişdə şəhid ailələri ilə görüşdə bir şəhid övladı Cənab Rəhbər Ayətullah Xameneiyə maraqlı sualla müraciət edib. O soruşub ki, əgər məşğulluq üçün qarşımızda icra işi və ideoloji iş olmaqla iki yol varsa, hansı sahədə çalışmaq daha önəmlidir? (khamenei.ir)
Ayətullah Xamenei buyurub: İcra işinin eybi yoxdur, İslam dövlətidir, hansı işlə məşğul olsaz faydalıdır. Amma əsas iş hidayət, tərbiyə, istiqamət verməkdir. Universitet, iş, idarə, tələbə mühiti olmasının fərqi yoxdur. Bu gün ölkədə inqilabi düşüncəni məhv etmək üçün fəaliyyətlər az deyil. İnqilabın ana xətti üçün meyar İmamın (r) buyuruqlarıdır. Diqqət yetirək, görək İmamın prinsipləri nə olub? İmamım hansı nöqtə üzərində dayanıb, o nöqtəni tapmaq lazımdır. İmam hansı məsələni çox təkrarlayıbsa bu onun bəyanatıdır. Məsələn, imperializmlə mübarizə. Bu mövzu İmamın əvvəldən axıra qədər bütün söhbətlərində təkrarlanıb. Bir şəxs imperializmlə mübarizəni inkar etsə ya əhəmiyyətsiz saysa, bu artıq İmamın yolu deyil, bu ciddi məsələdir...

Vilayet.nuraz.in


5599 بازدید
در حال ارسال اطلاعات...