Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2016

Şah rejiminin ən böyük cinayətlərindən biri

Ayətullah Xamenei şah rejiminin cinayətlərindən danışır
Şah rejiminin ən böyük cinayətlərindən biri 17 dey hadisəsidir. Həmin gün Rzaxan Pəhləvinin əmri ilə hicaba qadağa qoyuldu. İslamın qadının , kişinin, cəmiyyətin sağlamlığı üçün iki cins arasında qərar verdiyi pərdə qaldırıldı. Hicaba qadağa qoydular ki, qərb qadınının başına gətirilən bəlanı müsəlman iranlı qadının da başına gətirsinlər. Bu qadağanı Rzaxanın çomağı gücünə həyata keçirdilər. Qadınlarımız uzun müddət çətinliklərə baxmayaraq müqavimət göstərdilər Rzaxanın vaxtında bir şəkildə, ondan sonra başqa şəkildə təzyiqlər vardı. Məşhəddə qadınlar izdihamla küçələrə çıxıb hicabın hifzi şüarı ilə aksiya keçirdilər. O vaxt biz sürgündə idik. Tağut, hegemon güclərin işi budur, dini-əxlaqi dəyərlərlə vuruşurlar...
Qərb qadını fəsada əsir olandan sonra ailə institutu dağıldı. Qadının hicabı atmaqla elm ya siyasət meydanında tərəqqi edəcəyi yanlış gözləntidir. Qadın hicabı qorumaqla inkişaf edə bilər. Biz bunu təcrübədən çıxarmışıq. Hicabın atılması iffət və həyanın atılması üçün müqəddimədir. İnsanların başını azğın şəhvani meyllərlə qatırlar ki, onlar başqa işlərə biganə qalsın...

Ayətullah Xamenei

Vilayet.nuraz.in


7671 بازدید
در حال ارسال اطلاعات...