
İslam Oyanışı Assambleyasının baş katibi doktor Əli Əkbər Vilayəti Şeyx Nimr Baqir Ən-Nimrin şəhadətinə bəyanatla münasibət bildirirb.
Bəyanatda deyilir:
Haqsız yerə öldürülən məzlum insanın sahibinə ixtiyar verdik... (İsra, 33)
Ərəbistanın şərqində İslam Oyanışı Hərəkatının rəhbəri Ayətullah Məhəmməd Baqir Nimrin şəhadət xəbəri müsəlmanların, dünyanın azadlıqsevər insanlarının qəm-qüssəsinə səbəb oldu. Ayətullah Şeyx Nimr saleh, sadə yaşayan, məzlumların haqqını müdafiə edən ruhani idi. O, müstəbid və zalım bir rejimin qarşısında dayanıb yalnız söz dedi...
Nə idi Ayətullah Nimrin günahı? Hansı günahına görə qətlə yetirildi? Qətl və amansızlıqla müsəlman xalqların oyanışının qarşısını almaq olarmı?! Əgər bu məntiq tarix boyu təsirli olsaydı, yezidlərin, tarixin qaniçənlərinin, diktatorların öz müxalifləri ilə bu şəkildə rəftarı əks nəticə verməzdi. Saleh və təqvalı insanların qətli zalım və diktator Səudiyyə hakimlərini Allah qarşısında rüsvay edəcək, bundan əlavə hər damla şəhid qanı İslam ümmətinin bəsirətini artıracaq...
Firon Bəni-İsrail gənclərini, Yezid Peyğəmbər övladlarını, Səddam Ayətullah Məhəmməd Baqir Sədri, İran şahı Ayətullah Səidi, Qəffarini öldürməklə hakimiyyətini yaşada bildisə, Səudiyyə rejimi də bu qətllə həyatını davam etdirə bilər!
Vilayet.nuraz.in