Bakıda elə ağır vəziyyət yaranmışdı ki, alimlər ya təqiyyə, ya da hicrət etməyə məcbur oldular
Kommunistlərin hökumət etdikləri yetmiş illik repressiya dövründə Qafqazda–Bakı, İrəvan, Naxçıvan və digər şəhərlərdə din və dindarların başına nələr gəldiyini bir Allah bilir. Camatın din adını çəkməyə ixtiyarı yox idi. Onların hökumət etdikləri dövrlərdə uzun illər camaat namazı qılınan məscidlər anbarlara çevrildi. Qafqazın böyük alimlərindən olan Mirzə Qəni Badkubini çox faciəli bir şəkildə öldürdülər. Bolşeviklərin Qafqaza gəldiyi ilk vaxtlarda Leninin şəklini küçə və bazarlarda gəzdirib deyirdilər: “Lenin Məhəmməddən (s) ağıllıdır.”
Mirzə Qəni minbərə çıxıb dedi:
“Düzdür ki, Lenin ağıllı adamdır, amma həzrət Məhəmmədin (s) ayaqqabısının bağı belə ola bilməz.” Bu sözə görə kommunistlər ona əzab verərək öldürdülər. Onun qatilinə Allah lənət eləsin.
Bakıda elə ağır vəziyyət yaranmışdı ki, alimlər ya təqiyyə, ya da hicrət etməyə məcbur oldular.
P.S. Qeyd etmək lazımdır ki, bu gün də Azərbaycanda kommunistlərin o zaman törətdiyi cinayətlər təkrarlanır...