Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

Qərb müsəlmanlara qarşı cinayətlərə susur!

Ayətullah Məkarim Şirazi Məscidi-Əzəmdə dərsi-xaric tədrisində
Farsnews xəbər verir ki, Qum şəhərində Məscidi-Əzəmdə Ayətullah Məkarim Şirazi Dərsi-xaric tədrisində Amerika və Qərbin dünyada baş verən cinayətlərə münasibətindən danışıb. Tanınmış təqlid mərcəsi deyib ki, qərblilər və amerikalılar onların mənafeyinə xidmət edən cinayətlərə susduğu bir zamanda bəziləri nüvə razılaşmasını Amerika ilə dostluğa müqəddimə etmək fikrindədir.
Ayətullah Məkarim Şirazi İmam Həsən Əskəridən (ə) bir hədis yada salıb: “Dost-qardaşlarından ən yaxşısı o kəsdir ki, sənin pisliklərini unudub, yaxşılıqlarını yadda saxlasın.” Təqlid mərcəsi sözünün davamında buyururb: “Bəziləri düşünür ki, qərblilərlə dostluq etmək mümkündür. Deyirlər gəlin pislikləri unudaq, qərlilərə dostluq əli uzadaq. Siz Nigeriyada baş verən hadisələrə nəzər salın. Bu hadisə İslam dünyası üçün böyük faciə idi. Xeyli insan qətlə yetirilib, evlər uçurulub. Hansı ki o insanlar silahsız olub və qiyam qaldırmayıb. Belə hadisə Avropada, Amerikada olsaydı səs-küy salardılar. Müsəlmanlar və şiələrin qətli onların mənefiyinə işləyəndə susrlur. Buna görə də onlarla dostluq etmək, onlara etibar etmək olmaz... Dostu düşməndən seçməli, aldanmamalıyıq. ”
Ayətullah Məkarim Şirazi Amerika və Qərbin himayəsi ilə yaradılan anti-təkfir ittifaqına münasibət bildirib: “Onlar deyirlər ki, Peyğəmbər və imamların qəbrinin ziyarətinə gedənlər dövrümüzün müşrikləridir. Bu məsələlər onların elm mərkəzlərində tədris olunur. Bu ittifaqın təkfirçiliyə qarşı olması yalandır...”

Vilayet.nuraz.in


7568 بازدید
در حال ارسال اطلاعات...