Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2015

XALQ HAKİMİNİN XÜSUSİYYƏTLƏRİ

Haqqı qorxu-hürküsüz deyə bilməyən ümmət heç vaxt paklanmayacaq.
Xalq hakimi xalqı özündən, özünü xalqdan bilir. Buna görə də özü ilə xalq arasında səd qoymur, xalqla birlikdə, yanaşı yaşamaq istəyir.
Bu xüsusiyyət hakimi xalqa sevdirir, fəsad və xəyanət məqsədində olan qüvvələrə xalqı bədbinləşdirmək, hakim və xalq arasında ziddiyyət yaratmaq imkanı vermir. Bu səbəbdən həzrət Əli (ə) Malik Əştəri xalqla daimi rabitəyə çağırır. Malikdən elə bir şərait yaratmasını istəyir ki, cəmiyyətin bütün təbəqələri heç bir çətinliksiz, qorxu-hürküsüz öz problemlərini valiyə çatdıra bilsin. Əgər xalqa zülm olmuşsa zalım rüsvay edilsin, xain əməlinin cəzasına çatdırılsın.

Həzrət İmam Əli (ə) buyurur:
“Günün bir hissəsini ehtiyaclılara həsr et! Onlarla şəxsən görüş, ümumi məclislərdə iştirak et, səni yaratmış Allahın razılığı üçün təvazökar ol! Bu məclislərdə mühafizəçilər və yaxınlarına de ki, xalqa mane olmasınlar, istəyən səninlə rahat danışa bilsin. Çünki peyğəmbərdən dəfələrlə belə eşitmişəm: Haqqı qorxu-hürküsüz deyə bilməyən ümmət heç vaxt paklanmayacaq.
Çalış ki, onların tünd rəftarına agahlıqla dözə biləsən. Hövsələsizliyi və xüdpəsəndliyi özündən uzaqlaşdır ki, Allah rəhmət qapılarını üzünə açsın, itaətinin savabını sənə ruzi buyursun. Bağışlamadığını açıq qəlblə bağışla. Müəyyən səbəbdən qadağa qoymaq istədikdə mehribanlıq və üzürxahlıqla qadağa qoy!”

Görün, hökumət geniş ədalət prinsiplərindən yalnız bu prisipə əməl etsə, fürsəttələblər, xainlər və fəsadçılar bir iş görüb, xalqı və hökuməti doğru yoldan azdıra bilərmi?! Yalnız bu prinsipə riayət olunsa xalq və hökumət fəsaddan qorunar, məsullar xalqın ziddinə qərarlar çıxarmaz, xalq çarəsiz vəziyyətdə yol ölçməz!

İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı


6167 بازدید
در حال ارسال اطلاعات...