Nardaran kəndinin və yuxarıda adı sadalanan ruhanilərin hamısının ədalətin bayraqdarı İmam Hüseyn məktəbinin davamçıları olduğu bəlli

Azərbaycan xalqının bir qrup ziyalı təbəqəsi son günlər Nardaran qəsəbəsi başda olmaqla Azərbaycanın digər bölgələrində baş verən qətl və faciələr ilə bağlı gerçəkliyi aydınlaşdıran bildiriş ilə Azərbaycan Xalqına səsləniblər.
Bəyanatın tam mətnini saytımızın ziyarətçilərinə təqdim edirik:
Möhtərəm Azərbaycan xalqı! Nardaranda baş verənlər massonlar tərəfindən təsis edilmiş qondarma “İŞİD”-ın (“İraq Şam İslam Dövləti”nin) müsəlman İraq, Şam-Suriya və Yəməndən sonra neft ölkəsi olan Azərbaycana daxil olmaq üçün əvvəlcədən hazırlanmış ssenarisinin (planının) icrasıdır.
Artıq kimsədən gizli deyildir ki, Masson idarəetməsi olaraq Səudiyyə Ərəbistanında İsrail, Amerika, İngiltərə, Fransa, Almaniya və Türkiyə kimi koalision dövlətlərin daxil olduğu və Əbubəkr Bağdadi adlı bir yəhudinin idarə etdiyi vəhşi “İŞİD”in qara maskaları neftlə zəngin ölkələrə girmək üçün Peyğəmbərin(s) müqəddəs bayrağı və“Allahu Əkbər!”-sədaları altında düşünən başları kəsmək, əhalini güllələmək, qadınları öz cinsi ehtiyaclarına vasitə etmək, uşaqları özlərinə baza hazırlamaq üçün xüsusi təlim düşərgələrinə göndərmək, əsir gənclərin daxili orqanlarını isə öz yaralılarına köçürmək üçün İsrail xəstəxanalarına ötürməklə məşğuldurlar.
Artıq hamıya bəllidir massonlar tərəfindən idarə olunan bu “müsəlman” qiyafəli vəhşi “İŞID”in Rusların siyasi asılılığında olan strateji əhəmiyyətə malik neft ölkələrinə daxil olma taktikası əvvəlcədən bu ölkələrdə şəbəkə halında yaradılmış taliban, vəhhabi, təkfirçi və nurçu qruplarının hərəkətə gətirilməsi üçün xüsusi hazırlanmış kadrların müvafiq dövlətin idarəetmə və xüsusi xidmət orqanlarına yerləşdirilməsi ilə gerçəkləşdirilir.
Əhalisinin 95 % şiə, nefti isə “Layk” markalı olan, qlobal maraqların toqquşduğu Azərbaycana da “Koalision İŞİD-çilər”in daxil olma mexanizmi artıq işlək vəziyyətə gətirilmiş və bu işin icrası üçün bəhanə olaraq İmam Hüseyn(ə) əzadarları kimi məşhur olan şiə Nardaran kəndi məqsədli şəkildə qurban seçilmişdir.
Belə ki, Azərbaycanın xüsusi xidmət orqanlarında oturuşmuş “İŞİD” xəfiyyəsinin hazırladığı qara maskalılardan ibarət silahlı bir dəstə mebel maşınında Nardarana daxil olaraq, Rəhimə xanım(ə) ziyarətgahının girişində İmam Hüseyn(ə) üçün əzadarlıq məclisi qurmuş Bünyadovlar ailəsinə silahlı basqın edərək, burada zöhr namazı qılan 25-30 nəfər adamın 7 nəfərini güllə ilə öldürmüşlər. Əzadarlığa çağırılmış ruhani Tale Bağırov isə 10-15 nəfər mömün və şəhid cənazələri ilə birgə girov aparılmışdır.
Dövlətin xüsusi xidmət orqanlarında kök salmış təxribatçı “İŞİD” üzvləri tərəfindən idarə olunan bu maskalı qrup cinayətinə hüquqi don biçmək üçün özləri ilə apardıqları iki nəfər mömin azərbaycanlı polis işçisini (biri Lənkəranlı məşhur idmançıdır, digəri isə Əhmədlidəndir) də həmin əməliyyat zamanı qabağa salaraq güllələmiş və hadisəyə “Nardaranda dövlət çevrilişi etmək istəyən İŞID”çi Hacı Tale Bağırov tərəfindən şəhid edilmişlər”donu geyindirərək, Nardarandakı “Ya Hüseyn” və “Ya Əbəlfəzl” bayraqlarını da “İŞID bayraqları” kimi təqdim etmək xüsusunda bütün mətbuatı (TV, internet və qəzetləri) əks təbliğata səfərbər etmişlər.
Fitnənin mahiyyətindən xəbər tutan ruhanilərin məsələyə aydınlıq gətirə bilməməsi üçün tədbir görən cinayətkarlar təcili olaraq Bilgəh məscidinin imam cüməsi Zülfüqar Mikayılzadəni, Lənkəran ruhanilərindən Seyid Elman Ağazadəni, Gəncə, Neftçala və sair yerlərdən məsələyə münasibət bildirə biləcək ruhaniləri də“Dövlət çevrilişi etmək istəyən “İŞID” çi Tale Bağırovun havadarları” damğası ilə həbs etdirmiş, Nardaran kəndinin bütün giriş və çıxışları da zirehli texnika ilə qapanaraq, kənd mühasirəyə alınmış və həbslər davam etdirilməkdədir.
Əziz həmvətənlilər! Nardaran kəndinin və yuxarıda adı sadalanan ruhanilərin hamısının ədalətin bayraqdarı İmam Hüseyn məktəbinin davamçıları olduğu bəlli ikən, onlara qarşı yürüdülən bu qara ittihamların mahiyyəti Azərbaycanı nəsranizmin paliqonuna çevirən 37-ci illərin represiyalarını xatırladır.
Yəni: “Davam edir otuz yeddi,
Daha möhkəm, daha ciddi!”Hadisələrin 37-ci illərdən yeganə fərqi isə Yəhudizmin və Massonizmin poliqonuna çevrilən bu günkü Suriya və Yəmən kimi Azərbaycan əhalisinin də başına “İŞID”çi koalisiya qüvvələrinin göylərdən mərmilər yağdırması ilə xarakterik ola bilməsidir.
Odur ki, vaxt ikən dinc əzadar Nardaranlılara və xalqın ruhanilərinə “İŞİD” damğası vuran fitnənin gündəmi zəbt etmiş təxribatçı şaiyələrinə və əməli hərəkətlərinə biganə qalmaq olmaz!
Əks təqdirdə məkrli məqsədlərlə tərtibə salınmış bu hadisələrin fonunda Əhli-beytçi ölkəmizin qara maskalı vəhhabizmin poliqonuna çevrilə bilməsinin fərqində olmalıyıq!
Həyacan və təşvişlə: Azərbaycan ziyalılarının bir qrupu
ABNA