Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Peyğəmbərin (s) mövlud günündən şirin xatirə

Ruhani-tələbələr üçün ən şirin xatirələrdən biri ruhani libası geydiyi, əmmamə qoyduğu (“müəmməm” olduğu) günə aiddir. Qum Elm Hövzəsinə (və başqa dini təhsil ocaqlarına) qədəm qoyan tələbə nə vaxtsa Qumun Qozərxan bazarı ya Sahibəzzaman pasajına baş çəkib zövqünə münasib ruhani libası alır.

Amma əmmamə və əba geyinmək üçün tələbə təhsilin müqəddimə mərhələsini başa vurmalı, elm və əxlaqda minimumlara sahib olmalı, eləcə də ruhani libası geymək səlahiyyəti verən qurumdan icazə almalıdır.

Mətbuatda yayılan xəbərə görə, Həzrət Peyğəmbərin (s) mübarək mövlud günü İran boyu əmmaməqoyma mərasimləri ilə yadda qalıb. Ruhani libası geyən ruhani-tələbələr xüsusi and mətni oxuyublar. Onlar and içiblər ki, son nəfəslərinə qədər İslama sadiq qalacaq, Allah sözünün ucalması, müqəddəs İslam üsul-idarəçiliyinin güclənməsi yolunda çalışacaqlar.










Nur-az.com


7552 بازدید
در حال ارسال اطلاعات...