Bu qanlı hadisənin ertəsi günü minlərlə insan partlayış meydanına toplaşaraq hadisədə birbaşa Ərdoğanı məsul hesab edərək onu qatil adlandırmışlar.
Türkiyə parlament nümayəndələrindən Aram Ardam və Əli Şükür bir sıra dövlət orqanlarının İŞİD terrorist qruplaşması ilə rabitələri, həmçinin prezidentin bu məsələdən tam dəqiqliyi ilə xəbərdar olduğunu bildiriblər. Bu onu göstərir ki, hal-hazırda dövlətin həmin qruplarla nə qədər yaxın əlaqələri vardır. Parlamentin daxildə təşkil edilən mətbuat konfransında onlar Ankarada baş verən son intihar hadisələrini, o cümlədən, 20 iyulda Soruc şəhərində həyata keçirilən terrorist aktında birbaşa dövlət kəşfiyyat orqanını müqəssir sanıblar. Çünki bu orqanın əlində intihar əməliyyatını törədə biləcək bütün terroristlər haqda dəqiq məlumat var idi. Hələ bundan əlavə 19 tanınmış terrorist ölkə daxilində cövlan edir, istədiyi vaxt Türkiyə-Suriya sərhədləri boyunca get-gəl edirlər.
Verilən məlumata əsasən, Ankarada dövlətin siyasətlərinə qarşı təşkil edilən etiraz aksiyasında 100 nəfər insan canını əldən verib. Aksiyada onlar dövlətin terrorist qruplaşmalarını himayə etdiyini, həmçinin bu məsələdə Ərdoğanın neytrallığını şiddətli məhkum edirmişlər. Bu qanlı hadisənin ertəsi günü minlərlə insan partlayış meydanına toplaşaraq hadisədə birbaşa Ərdoğanı məsul hesab edərək onu qatil adlandırmışlar.
Adı çəkilən nümayəndələr hətta dövlət kəşfiyyat və təhlükəsizlik orqanlarının İŞİD terrorist qrupları ilə sıx əlaqələrinə dair 2013-cü il tarixli mühüm sirli sənədləri belə ifşa ediblər. Həmin sənədlərdə terroristlərin Suriyanın əl-Riqqə, Təll-Əbyəz, İdlib və s. şəhərlərinə hansı yollarla ötürülməsi, daxildə hansı məntəqələrdə təlim alması və hansı vasitələrlə təlim alan qrupların terroristlərə qoşulmasına dair rabitələrin təşkilində birbaşa həmin orqanların tam nəzarəti altında baş verdiyi bildirilir. Həmçinin təhlükəsizlik komitəsinin vasitəsilə Türkiyə Yardım Cəmiyyətinin də, bu qruplarla rabitədə olduğuna toxunulur.
Bu ifşalardan sonra həmin nümayəndələr baş nazir Əhməd Davudoğlunun istefasını tələb ediblər.
Suriya “Sana” xəbər portalının yaydığı bu məlumatda qeyd edilir ki, bunlar Ədalət və İnkişaf partiyasının rəsmilərinin belə qruplarla rabitələrinə dair yeni ifşalar deyil və bundan əvvəl Xalq Demokrat Partiyasının sədri Səlahəddin Demirtaş da, bir sıra dövlət orqanlarının terrorist qruplaşmaları ilə rabitələrinə və gizli əməliyyatlarda roluna dair məlumat vermişdi.
Nur-az.com/shia-news