Aşura hadisəsinin müsəlmanların səadətində, millətlərin haqq yolunun işıqlandırılmasında çox mühüm həlledici rolu olmuşdur
Nəyə görə 1400 il bundan qabaq baş vermiş bir hadisəni yad edib xatırlamalıyıq? O hadisənin xatirəsi olaraq mərasimlər keçirməliyik? Bu hadisə tarixin müəyyən bir zamanında baş verib, keçib getmişdir.
Acı ya şirin, olan oldu [ölən öldü, qalan qaldı] qurtardı, getdi. Nəyə görə üstündən 14 əsr keçdikdən sonra həmən hadisəni bir daha yaddaşlarda dirildib, onun üçün mərasim tutmalıyıq?
Bu sualın elə də çətin bir cavabı yoxdur. Ona görə ki, hər hansı yeniyetməyə çox asanlıqla başa salmaq olar ki, hər cəmiyyətin tarixində baş verən mühüm hadisələr, həmin cəmiyyətin gələcək müqəddəratında böyük izlər qoyub, mühüm rol oynaya bilər.
O xatirələrin yenidən yad edilməsi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bunula da xalq həmin hadisədən istifadə edib, nəticə çıxara bilsin. Əgər faydalı bir hadisə olmuşdursa, öz yerində müsbət təsir və bərəkət mənbəyi sayılıbdırsa, onun yenidən tarixdə yad edilib, canlandırılması da öz növbəsində bütün millətlərin tarixində bir növ keçmiş hadisələri yad etmək adəti vardır. O hadisələri uca tutub, onlara ehtiram qoyurlar. İstər cəmiyyətlərin inkişafında müsbət rolu olmuş şəxsiyyətlər olsun; böyük alimlər, tanınmış ixtira sahibləri, istərsə də xalqının, millətinin yolunda, azadlığı uğrunda siyasi-ictimai səhnədə vuruşmuş millət qəhrəmanları. Dünyanın bütün ağıl və məntiq sahibləri belə bir şəxsiyyətlər üçün xatirə gecələri keçirir, müxtəlif tədbirlər nəzərdə tuturlar. Bu iş Allahın bütün insanların qəlbində yerləşdirdiyi ən müqəddəs fitri istəklərdən biri olub, «Haqqı tanımaq hissi»nə söykənir. Ona görə də bu bütün insanların fitri istəyi olub, onlara xidmət göstərmiş hər kəsin əvəzində, təşəkkürlərini bildirir, bir növ haqlarını ödəmək üçün onlara minnətdar olub, xatirələrini yad edirlər. Bundan başqa, bu xatirələrin yad edilməsi əgər cəmiyyətin səadətinə təsiri olubdursa, həmin xatirələri yad edərkən digər təsirli amili də ona artıra bilər. Bu halda sanki o hadisələr özü yenidən canlanmış olur.
Bildiyiniz kimi Aşura hadisəsi İslam tarixinin böyük hadisələrindən biridir. Bu hadisənin müsəlmanların səadətində, millətlərin haqq yolunun işıqlandırılmasında çox mühüm həlledici rolu olmuşdur. Buna görə də bu hadisə bizim nəzərimizdə olduqca dəyərli və önəmlidir. Elə buna görə də bu hadisənin bir daha yad edib xatırlanması, zehnlərdə yenidən yaşadılması, onun müsbət təsirindən, bərəkətindən indiki cəmiyyətimizdə də istifadə edib faydalanmağa səbəb olur. Bu cavabı cavanların verdikləri sualın qarşısında gətirməklə onları qane edə bilərik ki, keçmişdə baş verən bəzi hadisələrin yenidən yaddaşlarda bərpa edilib, yaşadılması məntiqli bir işdir və mümkündür cəmiyyətin hansısa mənafeyinin və xeyrinin təminatçısı olsun. Necə ki, o zaman bu hadisənin əslinin o cəmiyyətə böyük təsiri, faydası olmuşdur, eləcə də bu günümüzdə həmin hadisənin yad edilməsinin paralel olaraq müsbət təsiri ola bilər.