Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2015

Yaxşılığa əmr və pisliyə qadağa üçün qiyam

Mən yaxşılığı dirçəltmək, pisliyi aradan götürmək istəyirəm. Yolum babam və atamın getdiyi yoldur.
İmam Hüseyndən (ə) sonra həzrət Əlinin (ə) böyük oğlu olan Məhəmməd ibn Hənəfiyyə imamın yanına gəlib dedi: “Qardaş! Nə etmək istəyirsən?” Həzrət buyurdu: “Onlar (yəzidçilər) məndən Yəzid üçün beyət almaq istəyir. Mən də beyət etmək fikrində deyiləm. Ona görə də Mədinədən çıxacağam.” Məhəmməd soruşdu: “Haraya?” Həzrət buyurdu: “Hazırda Məkkəyə gedirəm. Görək orada nə olacaq.” Məhəmməd dedi: “Bəli, hərəmə gedin. Çünki hərəm sizin üçün ən etibarlı yerdir. Amma mən sizinlə gedə bilməyəcəyəm.” İmam buyurdu: “Sən bizimlə olmamalısan. Mədinədə qal, buradakı xəbərləri mənə çatdır. Vəsiyyətnaməmi sənə tapşırıram.” İmam Hüseyn (ə) bu vəsiyyətnamədə qiyamının məqsədlərini açıqlamışdı. Vəsiyyətnamənin mətni belədir:
“Bismillahir-Rəhmanir-Rəhim. Bu vəsiyyət Hüseyn ibn Əli tərəfindən ibn Hənəfiyyə kimi tanınmış qardaşı Məhəmmədə ünvanlanmışdır.
Hüseyn (ə) şəhadət verir ki, Allahın müqəddəs zatından başqa məbud yoxdur. O, şəriksizdir. Şəhadət verirəm ki, Məhəmməd Allahın bəndəsi və peyğəmbəridir. O haqq dini haqq (Allah) tərəfindən gətirdi. Behişt və cəhənnəm haqdır. Qiyamət qətidir və Allah-Taala bütün insanları qəbirdən qaldırar. Qardaşcan! Mənim qiyamımın məqsədi şər, açıq-saçıqlıq, təkəbbür və qürur, fitnə-fəsad yaymaq, zülmə rəvac vermək deyil. Yalnız ona görə qiyam qaldırmışam ki, cəddimin ümmətini islah edəm. Cəddimin ümməti arasında fəsad çoxalmışdır. Mən bu fəsadları islah etmək istəyirəm. Yaxşılığa əmr etməklə cəmiyyətdə diqqəti xeyir və saleh əmələ yönəltmək əsas məramımdır. Cəmiyyətdə pis iş rəvac tapdığından xalqı pis işdən çəkindirmək fikrindəyəm...”


İmam Hüseyn Kərbəla yaxınlığında olarkən xalqa buyurdu: “Məgər görmürsünüzmü ki, haqqa əməl olunmur və batildən əl çəkmirlər?! Belə bir şəraitdə müvəhhid mömin Allah görüşünün iştiyaqında olmalıdır. Bu səbəbdən də mən şəhadəti səadət görürəm və zalımlarla yaşamağı xəcalət sayıram.” Aşura günü də yaxşılığa əmri və pisliyin qadağası İmam Hüseynin (ə) məramı idi. Təkcə o yox, yoldaşları və qardaşları da yaxşılığın əmri və pisliyin qadağası ünvanında xütbə və rəcəz oxuyurdu. Bizim dinimizdə yaxşılığa əmr və pisliyə qadağa (əmr be məruf və nəhy əz münkər) cihaddan əfzəldir. Çünki cihad bünövrə məsələsidir. İmam (ə) buyurur: “Cəddimin və atam Əli ibn Əbi-Talibin yolunu gedirəm. Mənim dəvətimi qəbul edən kəs Allah-təalanın həqiqətən ən ləyaqətlisidir. Qəbul etməyənlər olsa səbr edərəm. (Səbr, yəni çətinliklərə qarşı müqavimət. ) O vaxta qədər ki, Allah-Taala mənimlə onlar arasında hökm etsin. O hökm edənlərin ən üstünüdür. Ey qardaşım, bu mənim sənə vəsiyyətimdir. Allahın müqəddəs səbəbi olmasa, tövfiqim yoxdur. Ona təvəkkül edirəm, ona yalvarıram.” (“Bihar”, c. 44, s. 329, 330)
İmam (ə) buyurur: “Cəddim və atamın, yolunda zəhmət çəkdiyi ayini görürəm. Yaxşılıq aradan çıxmış, pislik rəvac tapmışdır. Mən yaxşılığı dirçəltmək, pisliyi aradan götürmək istəyirəm. Yolum babam və atamın getdiyi yoldur.


6757 بازدید
در حال ارسال اطلاعات...